close

FAQ

Gilan & Knauf
  1. Gips İnşaat Plitələrinin hansı xüsusiyyətləri mövcuddur?

    Gips İnşaat Plitələri xüsusiyyətinə görə adi, nəmədavamlı, odadavamlı olur.

  2. Gips İnşaat Plitələri hansı ölçüdə olur?

    Gips İnşaat Plitələri standart olaraq 1200 x 2500 mm (en və uzunluq) ölçüdə mövcuddur. 

    Qalınlıq istifadə təyinatından asılı olaraq 9,5 mm və 12,5 mm-dir.

  3. Gilan and Knauf məhsullarının kataloqunu haradan əldə edə bilərəm?

    Məhsul kataloqlarını və həmçinin digər texniki sənədləri YÜKLƏ bölməsindən yükləyə bilərsiniz.

  4. Biznes əlaqələrin qurulması üçün necə müraciət edə bilərəm?

    Biznes əlaqələrlə bağlı müraciət üçün Bizə yazın bölməsinə daxil olub, Tam adınız (Ad, Soyad), əlaqə nömrəniz, mail ünvanınızı qeyd etməklə müraciətinizi mesaj bölməsində yaza bilərsiniz.

  5. Gilan and Knauf məhsullarını haradan əldə edə bilərəm?

    Gilan and KNAUF məhsullarının Azərbaycan Respublikasında yerləşən əksər satış nöqtələrindən əldə etmək mümkündür. 

    Məhsul çeşidlərinin əldə edilməsi ilə bağlı hər hansı bir sual yarandıqda, Bizə yazın bölməsində Satış mərkəzinin əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

  6. Gilan and Knauf sosial mediada mövcuddur?

    Gilan and Knauf-a məxsus sosial media səhifələrinə daxil olmaq üçün web səhifənin yuxarı sağ hissəsində olan müvafiq ikonlardan istifadə edə bilərsiniz.

  7. Gilan and Knauf Peşəkarlar Klubu Nədir?

    Gilan and KNAUF Peşəkarlar Klubu Gips İnşaat Plitələri sistemləri üzrə çalışan ustaların birliyidir. 

    Kluba üzv olan ustalar bir çox üstünlüklər əldə etməklə yanaşı, həmçinin mütamadi olaraq yeni bilgilər əldə edirlər və çalışdıqları sahədə daha da ixtisaslaşırlar. 

    Ətraflı məlumat əldə etmək üçün PEŞƏKARLAR KLUBU bölməsinə daxil ola bilərsiniz.

  8. Gilan and Knauf Peşəkarlar Klubuna necə üzv ola bilərəm?

    Gilan & Knauf Peşəkarlar Klubunun qaynar xəttinə müraciət etməklə kluba üzv oluna bilərsiniz.

    Həftə içi saat 09:00-dan 18:00-a kimi qaynar xətlə əlaqə saxlaya bilərsiniz.

    Qaynar xətt: (+994) 77 433 3030

  9. Məhsullar üzrə tələbatımı necə hesablaya bilərəm?

    Məhsullarımız üzrə tələbatı hesablamaq üçün müvafiq sistemi KALKULYATOR bölməsinə daxil olaraq seçirsiniz. 

    Daha sonra tətbiq ediləcək ərazinin sahəsini (m2) qeyd edirsiniz. 

    İstifadə olunacaq məhsulların siyahısı və miqdarı hesablama avtomatik icra edilir.