KNAUF-LöVHə, NəMəDAVAMLı (GKLN)
Nəmədavamlı KNAUF-lövhə(GKLN) - yüksək rütubətli binalarda divarlarin üzlənməsi, arakəsmələrin, asma tavanların, qurulması, eləcə də, dekorativ və səsuducu məmulatların hazırlanması üçün üçün istifadə olunan inşaat-tamamlama materialıdı
Nəmədavamlı KNAUF-gipskarton lövhə (GKLN) düzbucaqlı formaya malik olmaqla arasında armaturlaşdırıcı əlavələrli gips xəmiri olan 2 qatlı xüsusi kartondan ibarətdir, xəttin yan kənarları isə kartonun kənarları (üz qatı) ilə bükülür.
KNAUF-gipskarton lövhələr (GKL) müxtəlif kənar-haşiyələrlə istehsal olunur. Onlardan ən əsasları: Düz (DK), nazikləşdirilmış (NK), yarımdairəvi və üz tərəfdən nazikləşdirilmış (NYK).
Özəyin hazırlanmasında DÜİST 125–79 üzrə Q4 markalı gips büzücülərindən istifadə olunur. KNAUF-gipskarton lövhənin (GKL) digər mühüm komponenti yapışdırıcı əlavələrdən istifadə olunmaqla özəyə bitişən üzlük kartondur. Karton həm armaturlaşdırıcı (möhkəmləndirici) karkas rolunu oynayır, həm də istənilən bəzək-tamamlama materialının (suvaq, divar kağızları, boya, keramik plitə-lövhələr və b.) çəkmək üçün gözəl əsasdır. Özünün fiziki və gigiyenik xassələrinə görə karton yaşayış binaları üçün ideal şəkildə uygun gəlir.
KNAUF-gipskarton lövhələr (GKLN) DÜİST 6266-97–yə uyğun olaraq buraxılır və alman standartlarına (DIN 18 180) cavab verir.
Hər bir KNAUF-gipskarton lövhənin (GKLN) üzərində aşağıdakılardan ibarət olan şərti işarə vardır:
- lövhənin növünün hərflə işarəsi
- lövhənin qrup göstəricisi
- lövhənin uzununa kəsiyinin (haşiyə-kənarının) tipi
- lövhənin nominal uzunluğu, eni və qalınlığını millimetrlə ifadə edən rəqəm.
- standartın işarəsi
Uzunluğu 2500 mm, eni 1200 mm və qalınlığı 12,5 mm nazikləşdirilmiş kənar-haşiyəli A qrupundan olan adi gipskaron lövhənin şərti işarəsinə misal:
GKLN–A–NK – 2500/1200/12,5 DÜİST 6266–97.
Tətbiq sahəsi
СНиП 23-02-2003 üzrə quru və normal rütubət rejimli bina və məkanlarda, məkanlararası yüngül arakəsmələrin, asma tavanların və divar üzlüklərinin qurulmasında, həmçinin, dekorativ və səsuducu məmulatların hazırlanmasında havasormanın təmin olunduğu və üz səthin, misal üçün, hidroizolyasiya, nəmədavamlı astarlıqlar, boyalar, keramik lövhə-plitə, polixlorvinil örtülərlə müdadiə edilməsi şərtilə istifadə olunur.
Xüsusi karton və hidrofob əlavələrdən istifadə edilməsi sayəsində aşağı nəmudma xassəsinə malikdir.
Tətbiq prosesinə aşagıdakı əsas iş mərhələləri daxildir:
- Nəmədavamlı KNAUF-gipskarton lövhələr (GKLN) əsasında olan konstruksiyanın layihə vəziyyətinin nişanlanması.
- KNAUF–lövhələrin (GKLN) bərkidilməsi üçün KNAUF–profillərdən karkasın qurulması.
- Nəmədavamlı KNAUF-gipskarton lövhələrin (GKLN) karkas üzərində quraşdırılması və bərkidilməsi.
- KNAUF-gipskarton lövhələr (GKLN) arasındakı tikişlərin və vint yerlərindəki oyuqların KNAUF-Fugenfüller məcunu ilə doldurulması.
- Bəzək-tamamlama örtüyündən əvvəl səthin astarlanması.
Tövsiyələr
- Quraşdırılmadan əvvəl KNAUF-gipskarton lövhələr (GKLN) mütləq işlədiləcək sahənin havasına uyğunlaşacaq qədər adaptasiya müddətini keçirməlidır.
- KNAUF-gipskarton lövhələrin (GKLN) en kənarları düzbucaqlı formaya malikdir və tikiş yerlərinin qurulması zamanı kənarlar yonulmalıdır (təqribən lövhənin 1/3 hissəsi qalınlığında).
KNAUF-lövhələrin tətbiqi ilə bağlı daha ətraflı məlumat almaq üçün “Yükləmə” bölməsindəki 0101 Məlumat vərəqinə, D 11 Texniki vərəqinə bax.
- Nəmədavamlı KNAUF-gipskarton lövhələrdən istifadə zamanı bəzək-tamamlama işləri gedişində əlverişsiz “yaş” proseslər istisna olunur.
- Əmək məhsuldarlığı xeyli artır.
- Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
- Binanın konstruksiyasının yüngülləşməsi hesabına inşaat xərclərinin ümumi azalmasına nail olunur.
- Otaqda təkcə ekoloji təmizlik deyil, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur.
- Materialda toksik komponentlər yoxdur və turşuluğu insan dərisinin turşuluğu ilə eynidir.
- Xüsusi karton və hidrofob əlavələrdən istifadə edilməsi sayəsində aşağı nəmudma xassəsinə malikdir.
- KNAUF-gipskarton lövhələr nəfəs almaq, yəni, artıq nəmi özünə çəkmək və rütubətlik aşağı endikdə onu ətraf mühitə buraxmaq xüsusiyyətinə malikdir.
- Sərt dünya standartlarına tam uyğundur.
Göstəricilər | Ölçülər |
Kartonun rəngi | yaşıl |
Markalamanın rəngi | göy |
Kənar haşiyənin növü | |
NK | nazikləşən kənar |
NYK | nazikləşən yarımdairəvi kənar |
DK | düz kənar |
Əsas ölçülər, mm | 2500х1200х12,5 |
2500х1200х12,5 mm (3 m²) ölçülü Knauf-lövhənin çəkisi, kq | 29 |
Qablaşdırılma | Bağlama, 50 lövhə (150 m²) |
Termoçökmə örtüksüz | |
Termoçökmə örtük ilə |
Knauf-lövhənin nominal həndəsi ölçüləri
Uzunluq | En | Qalınlıq |
2000-dən | 6, 5; 8; 9,5 | |
4000-ə qədər | 600, 1200 | 12,5; 14; 16 |
50 addım ilə | 18; 20; 24 |
Yanğın-texniki xassələri
Knauf-lövhələr(GKL) xassələrinə görə aşağıdakı qruplara aid olunurlar:
- Г1 ( ГОСТ 30244 -ə görə yanma);
- В2 (ГОСТ 30402-ə görə alışma);
- Д1 (ГОСТ 12.1.044-ə görə tüstüəmələgətirmə);
- Т1 (ГОСТ 12.1.044-ə görə toksiklik).