close

Gipskarton lövhələr

Gilan & Knauf

KNAUF-LöVHə, NəMə Və ODADAVAMLı (GKLNO)

Nəmə və odadavamlı KNAUF-lövhə(GKLO yüksək rütubətə və odadavamlı divarların üzlənməsi, arakəsmələrin, asma tavanların qurulması üçün inşaat-tamamlama materialıdır.

Nəmə-odadavamlı KNAUF-lövhə (GKLNO) düzbucaqlı formaya malik olmaqla arasında armaturlaşdırıcı əlavələrli gips xəmiri olan iki qatı olan xüsusi kartondan ibarətdir, özü də, xəttin yan kənarları kartonun kənarları (üz qatı) ilə bükülür.

Nəmə-odadavamlı KNAUF-lövhələr (GKL) müxtəlif kənar-haşiyələrlə istehsal olunur. Onlardan ən əsasları: Düz (DK), nazikləşdirilmış (NK), yarımdairəvi və üz tərəfdən nazikləşdirilmış (NYK).

Özəyin hazırlanmasında DÜİST 125–79 üzrə Q4 markalı gips büzücülərindən istifadə olunur. Nəmə-odadavamlı KNAUF–lövhənin (GKL) digər mühüm komponenti yapışdırıcı əlavələrdən istifadə olunmaqla özəyə bitişən üzlük kartondur. Karton həm armaturlaşdırıcı (möhkəmləndirici) karkas rolunu oynayır, həm də istənilən bəzək-tamamlama materialının (suvaq, divar kağızları, boya, keramik plitə-lövhələr və b.) çəkmək üçün gözəl əsasdır. Özünün fiziki və gigiyenik xassələrinə görə karton yaşayış binaları üçün ideal şəkildə uygun gəlir.

Adi GKLO və GKLN0dan kombinasiyalarının xüsusiyyətləri ilə fərqlənir.

Gipskarton nəmə və odadavamlı KNAUF–lövhələr (GKLNO) DÜİST 6266-97–yə uyğun olaraq buraxılır və alman standartlarına (DIN 18 180) cavab verir.

Hər bir nəmə və odadavamlı KNAUF–lövhənin (GKLNO) üzərində aşağıdakılardan ibarət olan şərti işarə vardır:

  • lövhənin növünün hərflə işarəsi
  • lövhənin qrup göstəricisi
  • lövhənin uzununa kəsiyinin (haşiyə-kənarının) tipi
  • lövhənin nominal uzunluğu, eni və qalınlığını millimetrlə ifadə edən rəqəm.
  • standartın işarəsi


Uzunluğu 2500 mm, eni 1200 mm və qalınlığı 12,5 mm nazikləşdirilmiş kənar-haşiyəli A qrupundan olan adi gipskaron lövhənin şərti işarəsinə misal:

GKLNO–A–NK – 2500/1200/12,5 DÜİST 6266–97.


Yüngül məkanlararası arakəsmələrin, asma tavanların, divar üzlüklərinin və konstruksiyaların odadavamlılıq konstruksyalarının qurulması üçün tətbiq edilir. Eyni vaxtda GKLN və GKLO lövhələrinin xüsusiyyətlərinə malikdir. СНиП 23-02-2003 üzrə quru və normal rütubət rejimli bina və məkanlarda tətbiq olunur.

Tətbiq prosesinə aşagıdakı əsas iş mərhələləri daxildir:

 

  • Gipskarton nəmə və odadavamlı KNAUF–lövhələr (GKLNO) əsasında olan konstruksiyanın layihə vəziyyətinin nişanlanması.
  • Gipskarton nəmə və odadavamlı KNAUF–lövhələrin (GKLNO) bərkidilməsi üçün KNAUF–profillərdən karkasın qurulması.
  • Gipskarton nəmə və odadavamlı KNAUF–lövhələrin (GKLNO) karkas üzərində quraşdırılması və bərkidilməsi.
  • Gipskarton nəmə və odadavamlı KNAUF–lövhələr (GKLNO) arasındakı tikişlərin və vint yerlərindəki oyuqların KNAUF-Fugenfüller məcunu ilə doldurulması.
  • Bəzək-tamamlama örtüyündən əvvəl səthin astarlanması.


Tövsiyyələr

 

  • Quraşdırılmadan əvvəl nəmə və odadavamlı KNAUF-gipskarton lövhələr (GKLNO) mütləq işlədiləcək məkanın havasına uyğunlaşacaq qədər adaptasiya müddətini keçirməlidır.
  • Gipskarton nəmə və odadavamlı KNAUF–lövhələrin (GKLNO) en kənarları düzbucaqlı formaya malikdir və tikiş yerlərinin qurulması zamanı kənarlar yonulmalıdır (təqribən lövhənin 1/3 hissəsi qalınlığında).


KNAUF-lövhələrin tətbiqi ilə bağlı daha ətraflı məlumat almaq üçün “Yükləmə” bölməsindəki 0101 Məlumat vərəqinə, D 11 Texniki vərəqinə b

  • Yüksək rütubət və odadavamlığa malikdir.
  • Gipskarton nəmədavamlı-odadavamlı KNAUF-lövhələrdən istifadə zamanı bəzək-tamamlama işləri gedişində əlverişsiz “yaş” proseslər istisna olunur.
  • Əmək məhsuldarlığı xeyli artır.
  • Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına inşaat xərclərinin ümumi azalmasına nail olunur.
  • Otaqda təkcə ekoloji təmizlik deyil, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur.
  • Nəfəs almaq, yəni, artıq nəmi özünə çəkmək və rütubətlik aşağı endikdə onu ətraf mühitə buraxmaq xüsusiyyətinə malikdir.
  • Materialda toksik komponentlər yoxdur və turşuluğu insan dərisinin turşuluğu ilə eynidir.
  • Sərt dünya standartlarına tam uyğundur.
GöstəricilərÖlçülər
Kartonun rəngiyaşıl
Markalamanın rəngiqırmızı
Kənar haşiyənin növü 
NKnazikləşən kənar
NYKnazikləşən yarımdairəvi kənar
DKdüz kənar
Əsas ölçülər, mm2500х1200х12,5
2500х1200х12,5 mm (3 m²) ölçülü Knauf-lövhənin çəkisi, kq29
2500х1200х12,5 mm (3 m²) ölçülü Knauf-lövhənin çəkisi, kqBağlama, 50 lövhə(150 m²)
Termoçökmə örtüksüz 
Termoçökmə örtük ilə 

Knauf-lövhənin nominal həndəsi ölçüləri

UzunluqEnQalınlıq
2000-dən 6,5; 8; 9,5
4000-ə qədər600, 120012,5; 14; 16
50 addım ilə 18; 20; 24

Yanğın-texniki xassələri

Knauf-lövhələr(GKL) xassələrinə görə aşağıdakı qruplara aid olunurlar:

  • Г1 ( ГОСТ 30244 -ə görə yanma);
  • В2 (ГОСТ 30402-ə görə alışma);
  • Д1 (ГОСТ 12.1.044-ə görə tüstüəmələgətirmə);
  • Т1 (ГОСТ 12.1.044-ə görə toksiklik).