close

Gipskarton lövhələr

Gilan & Knauf

KNAUF-SUPERLöVHə, NəMəDAVAMLı KIçIKöLçüLü

Kiçikformatlı nəmədavamlı KNAUF-superlövhə yanğın təhlükəsizliyi, istilik və izolyasiya üzrə tələblərin yüksək olduğu və davamlılıq göstəricilərinə malik konstruksiyalı binalarda quru inşaat işlərinin yerinə yetirilməsi üşün yüksək keyfiyyətli, ekoloji tə

Kiçikformatlı nəmədavamlı KNAUF-superlövhə (GLLNK) düzbucaqlı formalı lövhəvi bəzək-tamamlama materialıdır. DÜİST P 51829-2001 üzrə, büzücü gips və açıq tullantı liflərin qarışığının bütün lövhə boyu bərabər şəkildə paylanaraq sıxılması yolu ilə hazırlanır.

KNAUF–superlövhənin uz və arxa tərəfləri effektli hidrofobizatorla işlənmiş, çökməyə qarşı xüsusi hopdurma ilə cilalanmışdər.

KNAUF–superlövhələr uzununa kənar-haşiyələrin formasına görə iki cür – düz kənar haşiyəli (DK) və falslanmış kənar haşiyəli (FK) olur. Lövhələrin yan kənar haşiyələri düzbucaqlıdır.

Lövhələrin nişanlanması işi silinməyən göy boya ilə hər lövhənin arxa tərəfində aparılır və bu şərti işarələri əhatə edir: lövhənin növü, uzununa kənar haşiyənin tipi, nominal uzunlugu, eni və qalınlığı (mm), standartı. Nəmədavamlı gipslifli uzununa kənar-haşiyəsi falslanmış, uzunlugu 2500 mm, eni 1200 mm və qalınlığı 10 mm olan lövhənin nişanlanmasına misal:

GLLN – FK – 2500/1200/10 DÜİST P 51829–2001.

Yanma qrupu – Y1 (DÜİST 30244-94 üzrə); alışma qrupu – A1 (DÜİST 12.1.044-89 üzrə); tüstüyaratma qabiliyyəti qrupu – T1 (DÜİST 12.1.04489 üzrə) zəhərlilik qrupu – Z1 (DÜİST 12.1.04489 üzrə). Bütün texnoloji proses ərzində və onun başa çatmasına kimi kiçikformatlı KNAUF-superlövhə nəmədavamlı (GLLNK) məhsulun yüksək keyfiyyətli olmasına zəmanət verən bütün sərt texniki nəzarətdən keçir. Məhsulun keyfiyyəti təsdiqlənir: DÜİST-lə, uyğunluq sertifikatı ilə, yanğın təhlükəsizliyi sertifikatı ilə və mənzil-mülki inşaat sahəsində tətbiqə dair gigiyenik rəylə.
 

Tətbiq sahəsi

Kiçikformatlı nəmədavamlı KNAUF-superlövhələr (GLLNK) arakəsmələrin konstruksiyalarında aşağıdakı iş mərhələlərini əhatə edir:

 

  • Arakəsmənin döşəmə üzərində lahiyə vəziyyətinin nişanlanması.
  • Nişanın tavana köçürlməsi.
  • Tavan və döşəməyə karkasın istiqamətləndirici İP KNAUF-profillərin bərkidilməsi.
  • Dayaq profillərin və istiqamətləndiricilərin qurulması və bunların bir-birinə çataqlanaraq bərkidilməsi.
  • Stasionar avadanlığın arakəsməsinə bərkidilmək üçün karkasın daxilində elektrik xətlərinin və özül detalların quraşdırılması.
  • Karkasın tərəflərindən birində gipslifli KNAUF–superlövhələrin qurulması və bərkidilməsi.
  • Karkasın dayaqların arasında izolyasiya materialının qoyulması (əgər bu layihədə nəzərdə tutulmuşdursa).
  • Gipslifli KNAUF–superlövhələrin karkasın digər tərəfində qurulması və bərkidilməsi.
  • Gipslifli KNAUF–superlövhələr arasındakı tikişlərin və bağlanmış vint oyuqlarının KNAUF–Fugenfüller QV məcunu ilə doldurulması.
  • Səthin bəzək-tamamlama örtülməsi üçün astarlanması.


Tövsiyyələr

 

  • Çoxqatlı üzlənmənin bir gün ərzində yerinə yetirilməsi tövsiyə edilir.
  • Məcunlanmadan əvvəl ləvhələrin kəharları KNAUF–Tiefengrund astarlığı ilə işlənir.
  • Kənar-haşiyələrin və vintlər bağlandıqdan sonra yaranmış oyuqların məcunlanması KNAUF–Fugenfüller GL və ya KNAUF-Uniflott məcunu ilə, istismar şəraitinə uyğun həyata keçirilir.
  • Suyun birbaşa konstruksiyaların səthinə düşdüyü yerlərdə (vanna otaqları, duş kabinələri) lövhələrin bitişmə yerləri KNAUF–Flechendichtband tipli hidroizolasiya lenti ilə, lövhələrin səthi və bitişmə qovşaqları isə KNAUF–Flechendicht hidroizolyasiya mastikası ilə işlənir.


KNAUF-superlövhələrin quraşdırılması ilə bağlı daha ətraflı məlumat almaq üçün “Yükləmə” bölməsindəki K 811 Məlumat vərəqinə bax.

  • Yüksək rütubət və odadavamlılığa malikdir.
  • Kiçikformatlı nəmədavamlı KNAUF-superlövhələrdən (GLLNK) bəzək-tamamlama işlərinidə istifadə zamanı əlverişsiz “yaş” proseslər istisna olunur.
  • Əmək məhsuldarlıgı əhəmiyyətli dərəcədə artır.
  • Binaların konstruksiyasının yüngülləşdirilməsi hesabına inşaatda məsrəflərin ümümi qənaətinə nail olunur.
  • Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Otaqda təkcə ekoloji təmizlik deyil, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur.
  • Nəfəs almaq, yəni, artıq nəmi özünə çəkmək və rütubətlik aşağı endikdə onu ətraf mühitə buraxmaq xüsusiyyətinə malikdir.
  • Materialda toksik komponentlər yoxdur və turşuluğu insan dərisinin turşuluğu ilə eynidir.
  • Sərt dünya standartlarına tam uyğundur.
GöstəricilərÖlçülər
Kənar haşiyənin tipi 
DKDüz kənar. Düz uzununa kənarlı kiçik formatlı Knauf KNAUF-superlövhələr rütubətə davamlı (GLLN) DÖ 13 KNAUF yığma döşəmə əsaslarının konstruksiyalarının quraşdırılması üçün nəzərdə tutulmuşdur.
FKFalslanmış kənar. Karkaslı konstruksiyaların (arakəsmələr, üzləmələr, asma tavanlar, mansard konstruksiyaları) quraşdırılması üçün falslanmış uzununa kənarlı lövhələrdən istifadə olunur.
Ölçülər, mm1500х1200х10
QablaşdırılmaBağlama, 70 lövhə (126m²)
Termoçökmə örtük ilə 

İstehsal müəssisələri ilə razılaşdırılma əsasında müxtəlif ölçülü lövhələrın istehsalı mümkündür.

Fiziki və texniki xassələri

GöstəricilərÖlçülər
Çəkisi 1m², kq, harada ki s - mm-lə nominal hesabi qalınlıqdır ; qalınlığı 10 mmən azı 1,08s
Çəkisi 1m², kq, harada ki s - mm-lə nominal hesabi qalınlıqdır ; qalınlığı 12,5 mmən azı 1,25s
İstilikkeçirmə əmsalı (sıxlığı 1000-dən, 1200 kq/m ), V/m °C0,22-dən 0,36 qədər
İstilikudma əmsalı, V/m °C6,2-dən çox olmayaraq
Əyilmə möhkəmliyi, MPаən azı 5,3
Brinell üzrə sərtlik, MPаən azı 20
Rütubət, %1,5-dən çox olmayaraq
GLLN lövhələrinin xarici səthində suudma kq/m1saat üçün 1-dən çox olmayaraq
Buxar keçiriciliyi əmsalı, Мq/m • s • Pa0,12
Təbii radionuklidlərin müəyyən effektivliyi Bk/kq370-dən çox olmayaraq