close

Gipskarton lövhələr

Gilan & Knauf

KNAUF-SUPERDöşəMə. DöşəMə ELEMENTI (DE)

Döşəmə elementi(DE)– KNAUF-superdöşəmə gipslifli nəmədavamlı KNAUF–superlövhələrdən(GLLN)“quru” dartaq - yığma döşəmə əsasının yaradılması ücün hazır zavod üsulu ilə istehsal olunmuş məmulatd

KNAUF–superdöşəmə - döşəmə elementi (DE) hissələrlə yığılmaya hazır zavod üsulu ilə istehsal olunmuş məmulatdır.

Döşəmə elementləri 1500/500/10 mm ölçülərində, iki perpendikulyar istiqamətdə qarşılıqlı yerdəyişməli və məmulatın perimetri boyu 50 mm-lik büküyün yaranması ilə nəmədavamlı gipslifli lövhələrin bir–birinə yapışdırılması yolu ilə hazırlanır (GLLN, DÜİST 51829-2001 üzrə). DE-nin ümumi qalınlığı – 20 mm-dir.
 

Tətbiq sahəsi

Müxtəlif təyinatlı binalarda yığılma döşəmə özülünün qurulmasıüçün tətbiq olunur olunur.
Montaj prosesinə aşagıdakı iş mərhələləri daxildir:

  • Döşəmənin səviyyəsinin nişanlanması.
  • Polietilen plyonkanınn sərilməsi (buxar izolyasiyası).
  • Döşəmənin yığma özülünə bitişən sədd konstruksiyasının perimetri boyunca kənar-hasiyə lentinin çəkilməsi.
  • Quru səpmə üsullu düzləndirici təbəqənin qurulması və nibelirlənməsi (tarazlanması, hamarlanması).
  • Seçilmiş konstruktiv qərardan asılı olaraq yığma döşəmə özülünün (dartaqın) quraşdırılması.


Tövsiyələr

 

  • İstifafadədən əvvəl döşəmə elementləri işlədiləcəyi binanın havasına uyğunlaşmalıdır (adaptasiya olunmalıdır)..
  • Quraşdırma sahəsində döşəmə elementlərini üfüqi vəziyyətdə (yastısına) düz müstəvidə saxlamaq lazımdır.
  • Döşəmənin yığılma özülünün (dartaqın) konstruksiyası maili olmamalıdır.
  • Döşəmənin yığılma özülünün (dartaqın) rütubətli məkanlarda (vanna otaqları) qurulması hallarında döşəmənin divarlarla bitişdiyi yerləri KNAUF–Flexendixtband hidroizolyasiya lenti, döşəmənin səthi isə KNAUF–Flexendixt hidroizolyasiyası ilə örtülməlidir.
  • Əgər döşəməüstü örtüklər nazik elastik materialdan ibarətdirsə, döşəmənin özülünü özühamarlanan KNAUF-Nibelirşpaxtel-415 məcunu ilə 2 mm-dən az olmayan qatla örtmək tövsiyə edilir.


KNAUF-superdöşəmənin quraşdırılması ilə bağlı daha ətraflı məlumat almaq üçün “Yükləmə” bölməsindəki K 822 Məlumat vərəqinə, OP 13 Məlumat vərəqinə bax.

  • Döşəmə elementi (DE) - KNAUF–superdöşəmə əmək məhsuldarlığını yüksəldir və işlərin görülmə müddətini aşağı salır.
  • Yapışdırıcı mastika və vintlərin sərfiyyatını xeyli azaldır.
  • Tullantıları minumuma çatırmağa və əvvəlki cərgələrin DE qalılarından istifadə hesabına bitişmələrin tələb olunan “qaçmasını” (250 mm-dən az olmayaraq) təmin edir.
  • Dartaq detallarının mürəkkəb quruluşlu sədd konstruksiyalarına birləşmə yerlərinə uyğunlaşdırılmasını asanlaşdırır.
GöstəricilərÖlçülər
Ölçüləri, mm1500х500х20 1200х600х20
Elementin kütləsi, kqtəxminən 18
Kənarların eni, mm – aşağı qat – üst qatı48 50
Elementin faydalı sahəsi, m²0,75
İstilikkeçirmə əmsalı, Vt/m C0,22-dən 0,36-qədər
İstilik udma əmsalı, Vt/m C6,2-dən çox olmayaraq 
Ön səthinin sərtliyi , МPaən azı 20
Lövhənin səthində suudma , kq/ m²1,0-dən çox olmayaraq
Buxar keçiriciliyi əmsalı, Мq/m • saat • Pa0,12
Təbii radionuklidlərin xüsusi səmərəli fəaliyyəti , Бк/кг370-dən çox olmayaraq
QablaşdırılmaBağlama, 70 lövhə (52.5m²)
Termoçökmə örtük ilə 

Yanğın-texniki xassələri

AdıGöstəricilər
Yanma qrupu ГОСТ 30244-94 üzrəГ1
Alışma qrupu ГОСТ 30402-96 üzrəВ2
Tüstüəmələgəlmə qrupu ГОСТ 12.1.044-89 üzrəД1
Toksiklik qrupu ГОСТ 12.1.044-89Т1
Alovun yayılma qrupu ГОСТ Р 51032-97РГ 1