close

Metal Profillər

Gilan & Knauf

DAYAQ METAL KNAUF-PROFIL (DC)

Dayaq metal KNAUF-profil (DC)

Dayaq metal KNAUF–profil (DC) TŞ 1121-004-04001508-2003 texniki şərtinə uyğun olaraq soyuq yayma üsülü ilə müasir profiləymə dəzgahında yerinə yetirilən nazik polad lent şəklində uzunölçülü element olaraq hazırlanır.

Tətbiq sahəsi

İstiqamətləndirici metal KNAUF–profillər (DC) С–şəkilli formada olub gipskarton arakəsmə və üzlüklər üçün şaquli karkas dayaqları rolunu oynayır. Məkanlararası arakəsmələrin və üzlüklərin karkaslarının qurulması üçün nəzərdə tutulmuşdur. KNAUF–lövhə (GKL, GKLN, GKLNO) və Knauf–superlövhə əsaslı məkanlararası arakəsmələrin, üzllüklərin və digər konstruksiyaların karkaslarının qurulmasında istifadə olunur.

Tətbiq prosesi

Adətən eyni tip-ölçülü istiqamətləndirici profillərdə birgə istifadə edilir.

Tövsiyələr

Sinklənmiş profilin kəsilmə yerlərinin korroziyadan əlavə müdafiəyə ehtiyacı yoxdur.
Dayaq profilin istiqamətləndiriciyə bərkidilməsi deşici vasitəsilə deşib bükmə (əymə) yolu ilə həyata keçirilir.
Lövhələrin quraşdırılmasını profilin açıq hissəsi ilə eyni istiqamətdə yerinə yetirmək lazımdır ki, bu da şurupların ilk növbədə divara yaxın vurulmasını təmin edir və qonşu lövhənin bərkidilməsi zamanı bağlanmış şurup profilin rəfini içəriyə doğru əyməyəcək.

  • Deşik və əyilmə olmadan rəflərin istiqamətləndirici profilə kip, ara qalmadan birləşməsini təmin edir.
  • Dayaq KNAUF–profilin rəfinin ölçüsü (50 mm) gipskarton lövhələrinin bərkidilməsi prosesində ustanın şuruplarin vurulması üzrə işini asanlaşdırır, xüsusən də ikiqar üzlənmə zamanı, belə ki, şurupun profilin rəfindən yan keçməsi ehtimalı praktik olaraq yoxdur.
  • DC KNAUF–profilin üstünlüyü həmçinin, profilin rəfində açılmış və onun sərtliyini artıran uzununa kiçik büküklərin olmasıdır, bundan başqa mərkəzi büküklərin həm karkasın dəqiq yığılması, həm də gipskarton lövhələrin qurulması zamanı istiqamətləndirici rolunu oynayır.
  • Profilin divarında, hər iki ucda, arakəsmə və üzlüklərin öçərisində mühəndis kommunikasiyalarının quraşdırılmasına imkan verən 33 mm diametrli iki dəlik vard

GöstəricilərQiymətlərÖlçüləri, mm50x50;
65x50;
75x50;
100x50.Uzunluq, mm3000;
3500;
4000;
(sifarişə əsasən 6000-ə qədər)QablaşdırılmaBağlama, 36 m