close

Quru qarışıqlar

Gilan & Knauf

MP 75

KNAUF-MP 75 maşın üsulu çəkilən gips əsaslı suvaq qarışığı

Gips əsaslı, polimer əlavəli yüksək adgeziyalı quru suvaq qarışığı.

Quru gips qarışıqlar ağdan-boza və hətta çəhrayıyadək müxtəlif rənglərdə ola bilərlər. Bu, gips daşında təbii aşqarların mövcudluğu ilə izah olunur.

Qarışığın rəngi onun xüsusiyyətlərinə qətiyyən təsir etmir.
 

  • Məkan daxilində divar və tavanların, məsələn, PFT G5, PFT G4, PFT Monojet suvaq maşınlarının köməyi ilə yüksək keyfiyyətlə suvaqlanması üçün nəzərdə tutulub.
  • Bütün adi sərt özüllərə (kərpic hörgü, sement suvaq, beton və s.) çəkilir.
  • İşlərin yüksək məhsuldarlığı - əllə suvaqlanma ilə müqayisədə 3-4 dəfə yüksəkdir.
  • KNAUF-MP 75 gips suvağı əlavə emala ehtiyacı olmayan hamar səthin alınmasını təmin edir.
  • Hətta qalın qat kimi vurulduqda da çatlamır.
  • KNAUF-MP 75 gips suvağına çəkilən məsrəf ənənəvi sement-qum suvaq qarışıqlarına çəkilən xərcə nisbətən 2 dəfə azdır.
  • Əvvəlcədən çiləmə olmadan bir dəfəyə 50 mm-dək qalınlığı olan suvaq qatını çəkmək olar. Zərurət olduqda iki dəfəyə daha qalın qatların çəkilməsi mümkündür.
  • Materialın universallığı – eyni zamanda suvaqlama, dekorativ elementlərin hazırlanması, təmir və bərpa işləri.
  • Yüksək susaxlama qabiliyyəti – məhlul qarışığı hətta məsaməli, nəmi yaxşı hopduran əsaslarda və yüksək temperatur zamanı da qatlara ayrılır və susuz olmur.
  • Otaqdakı rütubət rejimini nizamlayır – “nəfəs alaraq” otaqda əlverişli mikroiqlim yaradır.
  • Material ekoloji təmiz təbii mineraldan (gipsdən) hazırlanır və tərkibində insanların sağlamlığı üçün zərərli maddələr yoxdur.
GüstəriciləriQiymətləri
Bir qatın qalınlığı 
  • minimal
8 mm
  • maksimal
50 mm
Qatın qalınlığı 10 mm oduqda sər norması~10 kq/ m2
Quruma müddəti~ 7 sutka
Fraksiyanın maksimal ölçüsü1,2 mm-ə qədər
Sərtlik 
  • sıxılmada
>2,5 MPa
  • əyilmədə
>1,0 MPa
Bərkimiş halda sıxlıq~1 000 kq/m3
QablaşdırılmaKağız kisə 25 kq
Saxlama müddətizədələnməmiş bağlamada 6 ay