FLECHENDICHT
Flexendixt
KNAUF-Flexendixt, hazır tərkib, həlledicisi olmayan kauçuk-bitum emulsiyadır, demək olar ki, bütün özüllərlə, məsələn, beton, əhəng, sement və gips suvaqla, gipskarton KNAUF-lövhələr və gipslifli KNAUF-lövhələr, kərpic və daş hörgü, azbestsement, ağac, ağac-yonqar və ağaclifli lövhələr, poliuretan, penoplast, metalla yaxşı bitişir. KNAUF-Flexendixt sağlamlıq üçün zərərsizdir, iyi və dadı yoxdur.
Tətbiq olunur:
gips özüllərin izolyasiyası üçün (inşaat blokları, arakəsmələr üçün GKL və GLL plitələr, gips suvaq və s.);
üzlük plitə çəkilməzdən əvvəl suyun düşməsinə məruz qalan yerlərin izolyasiyası üçün;
zirzəmilərdə nəm və su əleyhinə ümumi izolyasiya və bünövrələrin emal edilməsi üçün;
yastı dam, terras, balkon və s. yerlərin isolyasiyası üçün;
üzlük plitə düzülməzdən əvvəl üzgüçülük hovuzlarının izolyasiyası üçün;
avtomaşınların alt hissələri və metal konstruksiyaların korroziyadan qorunması üçün.
Daxili və xarici işləri üçün nəzrdə tutulub.
Tətbiq prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:
Səthin hazırlanması.
Tərkibin çəkilməsi.
Məsrəf özülün quruluşundan və hiqroskopikliyindən asılıdır.
Minimal miqdar, çəkilən:
gipskarton lövhələrə - 1,0 kq/m2 (bir qat üçün ~350 q/m2);
digər sərt özül - 1,5 -2,4 kq/m2 (bir qat üçün — 500-800 q/m2).
Tövsiyələr
Özül sərt, təmiz və yağsızlaşdırılmış olmalıdır. Toz, lak ya da məhlul qalıqlarını kənarlaşdırmaq lazımdır.
Əvvəlcədən plastik örtüklü döşəmələrin yapışma qabiliyyətini yoxlamalı.
Çəkilmə zamanı temperatur +5°С-dən +25°С-dək olmalıdır. Quruduqdan sonra KNAUF-Flexendiht ultrabənövşəyi şüalanmaya, atmosfer təsirlərinə və temperaturun 40°С-dən +200°С-dək tərəddüdlərinə qarşı davamlıdır.
KNAUF-Flexendixt hidroizolyasiyası pasla örtülmüş dəmir səthlər ya da aşağı nəmliyə malik özüllərlə yaxşı bitişməyə malikdir.
Sağlamlıq üçün təhlükəsizdir, iyi və qoxusu yoxdur, onu içməli su üçün olan konstruksiyalarda tətbiq etmək olar.
Göstəricilər
Qiymətlər
Qablaşdırma
6 kq-lıq vedrə
Daşınma
60 vedrəlik altlıq
Saxlama müddəti
Donmayan sərin məkanda, yaxşı bağlanmış qablarda 15 ayadək