TIEFENGRUND
Tifenqrund
Tezquruyan, rəngsiz şəffaf, tərkibində həlledici olmayan, istifadəyə hazır astar qarışığıdır. Məhsul daimi daxili və müstəqil (DÜİST P sertifikatlaşdırılma) nəzarətlə buraxılır
Tətbiq sahəsi
Keramik plitələrlə üzləmə, rəngləmə, divar kağızlarının yapışdırılması və üzlük suvaqlama zamanı adgeziyanın yaxşılaşdırılması və səthin möhkəmlənməsi məqsədilə özülün əvvəlcədən emalı üçün istifadə olunur.
Yaxşı nüfuzetmə qabiliyyəti sayəsində olduqca hiqroskopik səthlər (gips suvaqlar, gipskarton lövhələr, tökmə döşəmələr və digər nəmliyi özünə yaxşı hopduran səthlər) üçün yararlıdır. Həm daxili, həm də xarici işləmələr üçün istifadə olunur.
Tətbiq prosesi aşağıdakı iş mərhələlərini əhatə edir.
Səthin hazırlanması.
Çəkmə.
TÖVSİYƏLƏR
Özülün səthi möhkəm, quru, kirdən və laylanan elementlərdən təmizlənmiş olmalıdır.
Səthləri havanın və özülün temperaturu +5 0C-dən aşağı olduqda emal etməməli.
KNAUF-Tifenqrund nüfuzedici astarlığının tətbiqi üzrə daha ətraflı məlumat almaq üçün “Yükləmə” bölməsindəki Məlumat vərəqi № 0607-yə bax.
KNAUF-Tifenqrund nüfuzedici astar qarışığı zəif özüllərin (təbaşir, gips əsaslı) səthini möhkəmləndirir.
Keramik plitələrin düzülməsi, rəngləmə, divar kağızlarının yapışdırılması və üzlük suvaqlama zamanı adgeziyanı yaxşılaşdırır və səthi möhkəmləndirir.
Tez quruyur.
Sağlamlıq üçün təhlükəsizdir.
Otağa “nəfəs almaq” imkanı verir, belə ki, su buxarlarını tikilinin içərisində izolə etmir.
Göstəricilər | Qiymətlər |
Sərf norması, q/m2 | 70-100 - ə qədər |
Qablaşdırma | Vedrə 2,5 kq, vedrə 5 kq, vedrə 10 kq |
Saxlama müddəti | 1 il |