PERLFIKS
Gips montaj qarışığı
Yüksək adgeziyanı təmin edən polimer əlavəli gips əsaslı quru suvaq qarışığıdır.
Gips əsaslı quru qarışıqlar ağdan-boza və hətta çəhrayıyadək müxtəlif rənglərdə ola bilərlər. Bu, gips daşında təbii aşqarların mövcudluğu ilə əlaqədardır.
Qarışığın rəngi onun xüsusiyyətlərinə qətiyyən təsir etmir.
Knauf Gipskarton lövhələrinin (GKL), izolyasiya materiallarının (penopolistirol və mineral-pambıq plitələr) nahamar kərpic, beton, suvaqlanmış, məsaməli beton səthlərə yapışdırılması üçün nəzərdə tutulub.
- Beton karkasın quraşdırılmasına ehtiyac qalmadan Knauf lövhənin köməyi ilə divarın səthinin tez bir zamanda hamarlaşdırılması.
- KNAUF-Perlfiks yapışqanının tətbiqi binanın divarlarının üzlənməsi zamanı meydan itkisini azaltmağa imkan verir.
- Material ekoloji təmiz olan təbii mineraldan (gips) hazırlanmışdır və insan sağlamlığı üçün zərərli maddələrə malik deyil.
Göstəriciləri | Qiymətləri |
Quruma müddəti | ~ 7 sutka |
Qablaşdırılma | Kağız kisə 30 kq |
Saxlama müddəti | zədələnməmiş bağlamada 6 ay |
Material sərfi | GKL yapışdırılması: 5 kq/m2 PGP quraşdırılması: 1,5 kq/m2 |