D 111
Bir qat metal karkas üzərində KNAUF-lövhələrdən bir qat üzlüklü arakəsmə D111. Knauf komplekt sistemi.
KNAUF D111 komplekt sistemi Bir qat metal karkas üzərində KNAUF-lövhələrdən (GKL) ibarət birqat üzlüklü arakəsmələrin yaradılması üçün zəruri olan xüsusi seçilmiş materialların tam dəstindən ibarətdir. KNAUF-lövhə üzlüklü element-element yığılmış arakəsmələr daşıyıcı konstruksiyalar deyildir.
Arakəsmənin əsas tikinti elementləri:
- KNAUF-lövhə;
- metal istiqamətləndirdici DU və dayaq DC profillər.
Divarın 1 kvadratmetri üçün komplekt sistemin tam tərkibi və materialların tələb olunan miqdarı ilə bağlı “Texniki göstəricilər” bölməsinə bax.
Bu sistemin fərqləndirici xüsusiyyətləri:
İki tərəfdən KNAUF-lövhələrlə bir qatla üzlənmiş profil metal karkasdan ibarətdir. Karkas perimetr üzrə inşaat konstruksiyalarına bərkidilir və öz növbəsində karkasa şuruplarla bərkidilərək sərt konstruksiya əmələ gətirən KNAUF-lövhələr üçün daşıyıcı hissə hesab olunur.
Əsas elementlərdən başqa, komplekt sistemə konkret inşaat tapşırığının həlli üçün zəruri olan texniki həllər, işlərin aparılması üzrə tövsiyələr, eləcə də alət və qurğular daxildir.
D 111 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edi
Tətbiq sahəsi
Otaqların quru üsulla işlənməsində istifadə olunur.
D 111 arakəsmələri quru və normal rütubət rejimli (СНиП 23-02-2003) otaqlarda, istənilən zonada, hətta seysmik rayonlarda belə tikilmiş bütün dərəcələrdən olan yaşayış, mülki və sənaye-istehsalat binalarında tətbiq edilmək məqsədilə yüngül daxili arakəsmə və sədd konstruksiyası qismində tövsiyə edilir.
D 111 arakəsmələrinin analoqları Knauf firmasının (Almaniya) W 111 konstruksiyalarıdır.
Az hündürlüklü, odadavamlılıq və səs-izolyasiya tələbləri yüksək olmayan sahələrdə istifadə edilməsi daha məqsədəuyğundur.
Odadavamlılıq, istilik və səs izolyasiyasına dair tələblərin mövcudluğu təqdirdə arakəsmənin gipskarton lövhələr arasındakı sahəsi mineral lifli izolyasiya materialı ilə doldurulur.
Arakəsmələrin bu alınan səthi müxtəlif bəzək-tamamlama üzlükləri (boya, divar kağızları, keramik lövhə, strukturlaşdırılmış suvaq və b.) üçün yararlıdır.
Quraşdırma prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
- Arakəsmənin döşəməyə, tavana və əsas divarlara nəzərən layihə yerləşməsinin nişanlanması.
- D 111 arakəsməsinin karkasının quraşdırılması.
- Karkasın daxilində elektrik paylaşdırıcıları və stasionar avadanlığın bərkidilməsi üçün özül detalların quraşdırılması.
- Karkasın tərəflərindən birində şaquli istiqamətləndirilmiş KNAUF-lövhələrin (GKL) quraşdırılması və bərkidilməsi.
- Əgər layihədə nəzərdə tutulmuşsa – dayaqların arasında izolyasiya materialının bərkidilməsi.
- Karkasın digər tərəfində KNAUF-lövhələrin qoyulması və bərkidilməsi.
- KNAUF-lövhələrin (GKL) arasındakı tikiş yerlərinin örtülməsi və səthin dekorativ tamamlama üçün astar qarışığı ilə emal olunması.
- Təmiz döşəmə qoyulduqdan sonra arakəsmədə dekorativ tamamlama işlərinin aparılması.
Tövsiyələr
İşlər temperatur +15°C-dən az olmayan səhədə və istismari rütubətlik rejimində aparılmalıdır.
Yüksək rütubətlik şəraitində (sanitar qovşaqlar (vanna otaqları, tualetlər), mətbəxlər) nəmədavamlı KNAUF-lövhələrdən (GKLN) istifadə etmək tövsiyə olunur, bu zaman nəzərə alınmalıdır ki, suyun birbaşa divarlara düşdüyü yerlərdə (vanna otaqları) lövhələrin səthini KNAUF-Flexendixt hidroizolyasiyası örtmək lazımdır.
Arakəsmə karkasının daxilində elektrik naqilləri elə yerləşməlidir ki, KNAUF-lövhələrin (GKLN) bərkidilməsi zamanı onların karkasın iti ucları və ya şuruplarla zədələnmə ehtimalı istisna edilsin.
Bir qat metal karkasda KNAUF-lövhələrdən bir qatlı üzlüklərlə arakəsmənin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 111 Məlumat vərəqinə və D 111 (D 11) Texniki vərəqinə bax.
- D 111 komplekt sistemi konkret inşaat tapşırığını – yüngül arakəsmə konstruksiyasının yaradılması məsələsini daha düzgün, keyfiyyətli və əlverişli şəkildə həll etməyə imkan verir.
- Arakəsmənin yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna olunur.
- Əmək məhsuldarlığı xeyli artır.
- Binanın konstruksiyasının yüngülləşməsi hesabına tikinti xərclərinin ümumi azalmasına nail olunur.
- Arakəsmələrin təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
- Hazır arakəsmə tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malikdir.
- D 111 arakəsməsinn səthi hər cür bəzək-tamamlama işləri üçün yararlıdır: rənglənmə, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama.
- Otağın istilik və səs izolyasiyası keyfiyyətləri yüksəlir.
- Otaqda həm ekoloji təmizlik, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur, çünki komplekt sistemin əsas materialı – KNAUF-lövhələr nəfəs almaq, yəni, artıq nəmi özünə çəkmək və nəmlik az olduqda onu ətraf mühitə buraxmaq xüsusiyyətinə malikdir.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 25 kq-a qədər |
Arakəsmənin maksimal hündürlüyü | 8 m*-ə qədər |
Arakəsmənin qalınlığı | 75 - 125 mm |
Səs izolyasiya indeksi, Rw | 50 dB-ə qədər |
odadavamlılıq həddi | EI 45 |
* Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi. | m² üçün miqdar |
1 | KNAUF-lövhə (GKL,GKLN, GKLO) | m² | 2,0 |
2 | KNAUF-profili DU 50/40 (75/40, 100/40) | m | 0,7 [1,3] |
3 | KNAUF-profili DC 50/50 (75/50, 100/50) | m | 2,0 |
4 | Şurup TN 25 | əd. | 29 [34] |
5 | KNAUF-Fugen (Fugenfüller) məcunu | kq | 0,6 [0,9] |
6 | Tikiş lenti | m | 1,5 [2,2] |
7 | Dübel K 6/35 | əd. | 1,6 |
8 | Kipləşdirici lent | m | 1,2 |
9 | KNAUF-Tiefengrund astar qarışığı | l | 0,2 |
10 | Mineralmahlıclı plitə | m² | 1,0 |
11 | KNAUF-künc profili KP | əd. | ** |
** sifarışçinin istəyinə əsasən.
[ ] mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün gipskarton lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.