close

Arakəsmələr

Gilan & Knauf

D 115

İki qat metal karkas üzərində KNAUF-lövhələrdən ibarət ikiqat üzlüklü arakəsmə D115. Knauf komplekt sistem

KNAUF D 115 komplekt sistemi iki qat metal karkas üzərində KNAUF-lövhələrdən (GKL) ikiqat üzlüklü arakəsmələrin yaradılması üçün zəruri olan xüsusi seçilmiş materialların tam dəstindən ibarətdir.

KNAUF gipskarton üzlük lövhələrlə elementlərdən yığılma arakəsmələr daşıyıcı konstruksiyalar deyildir.

Arakəsmənin əsas tikinti elementləri:

 

  • KNAUF-lövhə (GKL);
  • istiqamətləndirdici DU və dayaq DC metal profillər.


Divarın 1 kvadratmetri üçün komplekt sistemin tam tərkibi və materialların tələb olunan miqdarı ilə bağlı “Texniki göstəricilər” bölməsinə bax.

Bu sistemin fərqləndirici xüsusiyyətləri:

İki tərəfdən ikiqat KNAUF-lövhələrlə üzlənmiş iki qatlı metal karkasdan ibarətdir. Karkas perimetr üzrə inşaat konstruksiyalarına bərkidilir və öz növbəsində karkasa şuruplarla bənd edilərək sərt konstruksiya əmələ gətirən KNAUF-lövhələr üçün daşıyıcı hissə hesab olunur.

Əsas elementlərdən başqa, komplekt sistem konkret inşaat tapşırığının həlli üçün zəruri olan texniki həllər, işlərin görülməsi üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar əhatə edir.

D 115 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə istehsal edilir, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.

Tətbiq sahəsi

СНиП 23-02-2003 üzrə quru və normal rütubətlilik rejimli müxtəlif tipli sahələrdə (otaqlarda), bütün odadavamlılıq dərəcələrindən olan istənilən zonada, hətta seysmik rayonlarda tikilmiş yaşayış, mülki və sənaye-istehsal binalarında tətbiq edilmək məqsədilə daxili sədd konstruksiyası kimi tövsiyə edilir.

Konstruksiya yüksək davamlılıq xüsusiyyətləri və odadavamlılıq göstəriciləri ilə yanaşı ən yüksək səsudma xassəsinə də malikdir.

Həm rekonstriksiya zamanı, həm də yeni tikintidə istifadə olunur.

Odadavmlılıq, istilik, və səs izolyasiyasına dair tələblər mövcud olduqda arakəsmənin gipskarton lövhələri arasındakı boşluq mineral lifli izolyasiya materialı ilə doldurulur.

Səth sonraki bəzək-tamamlama işləri, məsələn, divar kağızları yapışdırma, boyama, plitə ilə üzləmə və s. üçün nəzərdə tutulmuşdur.

Quraşdırma prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:

 

  • Arakəsmənin döşəməyə, tavana və daşıyıcı (baza) divarlara nəzərən layihə üzrə yerləşməsinin nişanlanması.
  • D 115 arakəsmə karkasının quraşdırılması.
  • Karkasın daxilində stasionar avadanlığın bərkidilməsi üçün elektrik paylayıcı və açar üçün özül detalların quraşdırılması.
  • Karkasın tərəflərindən birində şaqili-istiqamətləndirilmiş KNAUF-lövhələrin (GKL) quraşdırılması və bərkidilməsi.
  • Əgər layihədə nəzərdə tutulmuşsa – dayaqların arasındakı məkanda izolyasiya materialının bərkidilməsi.
  • KNAUF-lövhələrin (GKL) karkasın digər tərəfində quraşdırılması və bərkidilməsi.
  • KNAUF-lövhələrin (GKL) arasındakı tikiş yerlərinin örtülməsi və səthin dekorativ bəzək-tamamlama üçün astarlanması.
  • Təmiz döşəmə qoyulduqdan sonra arakəsməsinin dekorativ bəzək-tamamlama işləri.


Tövsiyələr

İşləri temperaturu +15°C-dən az olmayan səhədə və istismari rütubətlik rejimində aparmalı.

Yüksək rütubətlik şəraitli yerlərdə (mətbəxlər və sanitar qovşaqlar - vanna otaqları, tualetlər) nəmədavamlı KNAUF-lövhələrdən (GKLN) istifadə etmək tövsiyə olunur, xüsusilə, bu zaman nəzərə alınmalıdır ki, suyun birbaşa divarlara düşdüyü yerlərdə (vanna otaqları) lövhələrin səthi KNAUF-Flexendixt hidroizolyasiyası ilə örtülməlidir.

Arakəsmə karkasının daxilində elektrik naqilləri elə yerləşməlidir ki, KNAUF-lövhələrin (GKLN) bərkidilməsi zamanı həmin naqillərin karkasın iti ucları və ya şuruplarla zədələnməsi ehtimalı olmasın.

D 115 iki qat metal karkasda KNAUF-lövhələrdən iki qatlı üzlüklərlə arakəsmənin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 11 Məlumat vərəqinə və D 115 (D 11) Texniki vərəqinə bax.

  • D 115 komplekt sistemi konkret inşaat tapşırığını – yüngül sədd konstruksiyasının yaradılmasını daha düzgün, keyfiyyətli və səmərəli şəkildə həll etməyə imkan verir.
  • Arakəsmənin yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna olunur.
  • Əmək məhsuldarlığı xeyli artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına tikinti məsrəflərinin ümumən azalmasına nail olunur.
  • Səthin əlavə odadavamlılıq verir.
  • Konstruksiya daha yüksək möhkəmlik göstəricilərinə malik olur.
  • Arakəsmələrin təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır arakəsmə tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malik olur.
  • D 115 arakəsməsinin səthi hər cür bəzək-tamamlama işləri: rənglənmə, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama üçün yararlıdır.
  • Otağın istilik və səs izolyasiyası keyfiyyətləri yaxşılaşır.
  • Otaqda yalnız ekoloji təmizlik deyil, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – KNAUF-lövhələr “nəfəs almaq”, yəni, artıq nəmi özünə çəkmək və nəmlik az olduqda onu ətraf mühitə buxarlandırmaq xüsusiyyətinə malikdir
GöstəriciləriÖlçüləri
Bir kvadrat metrinin çəkisi50 kq-a qədər
Arakəsmənin maksimal hündürlüyü6,5 m*-ə qədər
Arakəsmənin qalınlığı155 - 255 mm
Səs izolyasiya indeksi, Rw58 dB-ə qədər
Odadavamlılıq həddiEI 90

 * Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.

Komplekt sistemin tərkibi

Möv.AdıÖlçü vahidi.m² üçün miqdar
1KNAUF-lövhə (GKL,GKLN, GKLO)4,0
2KNAUF-profili DU 50/40 (75/40, 100/40)m1,4
3KNAUF-profili DC 50/50 (75/50, 100/50)m4,0
4aŞurup TN 25əd.13 [14]
4bŞurup TN 35əd.29 [30]
5KNAUF-Fugen (Fugenfüller) məcunukq1,0 [1,5]
6Tikiş lentim1,5 [2,2]
7Dübel K 6/35əd.3,2
8Kipləşdirici lentm2,4+0,5
9KNAUF-Tiefengrund astar qarışığıl0,2
10Mineralmahlıclı plitə1,0
11KNAUF-künc profili KPəd.**

** sifarışçinin istəyinə əsasən.
[ ] mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün gipskarton lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.