close

Arakəsmələr

Gilan & Knauf

D 363

Bir qat metal karkas üzərində üç qat KNAUF-gipslifli lövhələrdən ibarət arakəsmə D 363. Knauf Komplekt Sistemi

KNAUF D 363 komplekt sistemi - arakəsmələrin yaradılması üçün hər iki tərəfdən üç qat KNAUF-gipslifli lövhələrlə (GLL) üzlənmiş profil metal karkasdan ibarət materiallar dəstidir.

Arakəsmə konstruksiyası həmçinin, nəmədavamlı KNAUF-lövhələrdən istifadə edilməklə də yerinə yetirilə bilər.

Əsas elementlərdən başqa, komplekt sistemə konkret inşaat tapşırığının həlli üçün zəruri olan texniki həllər, işlərin aparılması üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.

D 363 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar müddətində bütün konstruksiyanın etibarlılığını təmin edir.

Digər arakəsmələrlə müqayisədə gücləndirilmiş yanğın təhlükəsizliyinə malikdir.

Tətbiq sahəsi

Yaşayış, ictimai və sənaye-istehsalat binalarında mehmanxana nömrələri, iş, yaşayış, ümumi istifadədə olan otaqların və s. arasında arakəsmələrin qurulmasında tətbiq olunur.

KNAUF D 363 komplekt sistemi aşağıdakı sahələrdə istifadə üçün nəzərdə tutulmuşdur:

 

  • seksiyalararası daşıyıcı olmayan divar və arakəsmələrə, eləcə də, ümumi dəhlizləri digər otaqlardan ayıran arakəsmələrə konstruksiyalarının yanğın təhlükəsi sinfində odadavamlılıq həddi üzrə KO (45) normativ tələblərin irəli sürüdüyü yerlərdə;
  • təxliyə yollarında (vestibüllər, pilləkən qəfəsələri, lift holları) Q1, V1, D1, T1-dən artıq yanma təhlükəli materialların istifadəsinə yol verilmir.
  • divar və arakəsmələrə effektiv kompleks oddanmühafizə və səsizolyasiya tələblərinin irəli sürüldüyü binalarda.


Yüksək yanğın təhlükəsizli tələblərinin irəli sürüldüyü sahələrdə istifadəsi tövsiyyə edilir. D 363 arakəsməsi yanğınəleyhinə sədd qismində istifadə olunur.

Quraşdırma prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:

 

  • Arakəsmənin tavana, döşəməyə və əsas divarlara layihə üzrə yerləşmısinin nişanlanması.
  • D 363 arakəsməsinin karkasının quraşdırılması.
  • Karkasın daxilində stasionar avadanlığın bərkidilməsi üçün, elektrik paylayıcı və özül detalların quraşdırılması.
  • Karkasın bir tərəfində şaquli-yönəldilmiş KNAUF-gipslifli lövhələrin (GLL) quraşdırılması və bərkidilməsi (üç qatlı olaraq və birləşmə yerlərinin qabaqcadan örtülməsi ilə).
  • Layihədə nəzərdə tutulmuşsa – üzlüklərarası boşluqda izolyasiya materiallarının yerləşdirilməsi.
  • Karkasın digər tərəfində KNAUF-gipslifli lövhələrin (GLL) quraşdırılması və bərkidilməsi (üç qatlı olmaqla və birləşmə yerlərinin qabaqcadan örtülməsi şərtilə).
  • KNAUF-gipslifli lövhələrin (GLL) arasındakı tikiş yerlərinin və bütün səthin təmiz bəzək-tamamlama işləri üçün astarlanması, məcunlanması.
  • Təmiz döşəmə qoyulduqdan sonra arakəsmənin dekorativ bəzək-tamamlama işləri.


Tövsiyələr

KNAUF-lövhələr dayaqların layihə addımına müvafiq olaraq, uzununa bitişmə (fals) kənarı (BK) üzrə dayaq KNAUF-profilinə bərkidilməlidir. Karkas dirəklərinin addımına müvafiq sayda üzlük lövhələrinin bir-birinə və karkasın əks tərəfinə nisbətdə “sürüşdürmə” ilə yerləşdirilməsi həyata keçirilir.
Deformasiya tikişləri arakəsmələrdə sədd konstruksiyalarının deformasiyaedici addımlarının icbari təkrarlanması ilə hər 8-10 m-dən bir (bundan çox olmamaqla) qurulur. Məcunlanmadan əvvəl KNAUF-lövhələrin kənarları KNAUF-Tiefengrund astarı ilə işlənir. KNAUF-lövhələrin tikiş yerlərinin və vintlərin bağlanmasından sonra yaranmış oyuqların məcunlanması KNAUF-Fugenfüller GL və ya KNAUF-Uniflot məcunları ilə aparılır.
Yüksək rütubətli, suyun divarlara birbaşa təmas ehtimalının mövcud olduğu otaqlarda (vanna otaqları, duş kabinələri) arakəsmələrin konstruksiyalar və döşəmə əsasıilə birləşmə yerləri KNAUF-Flechendichtband tipli hidroizolyasiya lenti ilə germetikləşdirilir, səthi isə KNAUF-Flechendicht tipli hidroizolyasiya mastikası ilə işlənir.

D 363 Bir qat metal karkas üzərində üç qat KNAUF-gipslifli lövhələrdən ibarət arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat və tövsiyyələr üçün “Yükləmə” bölməsindəki 811 Məlumat vərəqinə və D 36 Məlumat vərəqinə bax.

  • D 363 komplekt sistemi konkret inşaat tapşırığını – yüksəldilmiş möhkəmlik göstəricilərinə malik yüngül sədd konstruksiyasının yaradılmasını daha düzgün, keyfiyyətli və qənaətli şəkildə həll etməyə imkan verir.
  • İnşaat konstruksiyalarının yanğın əleyhinə müdafiəsinin funksional səmərəliliyini alovun sıfır dərəcədə yayılması ilə birinci (ali) sinif səviyyəsində təmin edir.
  • Arakəsmənin yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna edilir.
  • Əmək məhsuldarlığı əhəmiyyətli dərəcədə artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına tikinti məsrəflərində ümumi qənaətə nail olunur.
  • Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır arakəsmə tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malik olur.
  • D 363 arakəsməsinn səthi istənilən bəzək-tamamlama işləri: rənglənmə, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama üçün yararlıdır.
  • Otağın istilik və səsizolyasiya keyfiyyətləri yüksəlir.
  • Otaqlarda yalnız ekoloji təmizlik deyil, həmçinin də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – KNAUF-gipslifli lövhə (GLL) “nəfəs almaq”, yəni izafi rütubəti udmaq və ətraf mühitdə rütubət çatışmadıqda yenidən “nəfəs verməklə” onu buxarlandırmaq xüsusiyyətinə malikdir.

Digər arakəsmələrlə müqayisədə daha yüksək odadavamlılıq göstəricilərinə malikdir

GöstəriciləriÖlçüləri
Bir kvadrat metrinin çəkisi97 kq-a qədər
Arakəsmənin maksimal hündürlüyü9,5 m*-ə qədər
Arakəsmənin qalınlığı175 mm-ə qədər
Səs izolyasiya indeksi, Rw54 dB
Odadavamlılıq həddiEI 150.

* Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.

Komplekt sistemin tərkibi

Möv.AdıÖlçü vahidi.m² üçün miqdar
1KNAUF-superlövhə (GLL,GLLN) 12,5mmm26,0
2KNAUF-profili DU 50/40 (75/40, 100/40)m0,7
3KNAUF-profili DC 50/50 (75/50, 100/50)m4,0
Şurup MN 30əd13 [14]
46Şurup MN 45əd21 [22]
Şurup MN 55əd29 [30]
5KNAUF-Fugen (Fugenfüller GL) məcunukq1,4 [2,0]
6Tikiş lentim1,5 [2,2]
7Dübel K 6/35əd1,6
8Kipləşdirici lentm1,2
9KNAUF-Tiefengrund astar qarışığıl0,2
10Mineralmahlıclı plitəm21,0
11KNAUF-künc profili KPəd**

** sifarışçinin istəyinə əsasən.
[] mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.