D 366
Qoşa metal karkas üzərində iki qat KNAUF-lövhələrdən ibarət arakəsmə D 366. Knauf komplekt Sistemi.
KNAUF D 366 komplekt sistemi – kommunikasiya xətləri üçün məkana malik arakəsmələrin yaradılması üçün hər iki tərəfdən iki qat KNAUF-gipslifli lövhələrlə (GLL) üzlənmiş profil metal karkasdan ibarət materiallar dəstidir. Arakəsmə konstruksiyası həmçinin, nəmədavamlı KNAUF-lövhələrdən istifadə edilməklə də yerinə yetirilə bilər.
Əsas elementlərdən başqa, komplekt sistemə konkret inşaat tapşırığının həlli üçün zəruri olan texniki həllər, işlərin aparılması üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.
D 366 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.
İkiqat aralı yerləşdirilmiş karkas istənilən kommunikasiya xətlərini gizlətməyə imkan verir.
Tətbiq sahəsi
Yaşayış, ictimai və sənaye-istehsalat binalarında yaşayış otaqları, mehmanxana nömrələri, iş otaqları, ümumi istifadədə olan otaqlar arasında arakəsmələrin qurulması üçün tətbiq olunur.
Yüksək möhkəmlik keyfiyyətləri və odadavamlılıqla yanaşı konstruksiya su, istilik və kanalizasiya kommunikasayalarının gizli olaraq çəkilməsini, həmçinin də, avadanlıqların karkasın daxilində (gizli) quraşdırılmasını təmin edir.
Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:
- Arakəsmənin tavan, döşəmə və daşıyıcı divarlara layihə üzrə yerləşmə vəziyyətinin nişanlanması.
- D 366 arakəsməsinin karkasının quraşdırılması.
- Karkasın daxilində stasionar avadanlığın bərkidilməsi üçün, elektrik paylayıcı və özül detalların quraşdırılması.
- Karkasın tərəflərindən birində şaquli yönəldilmiş KNAUF-gipslifli lövhələrin quraşdırılması və bərkidilməsi.
- Layihədə nəzərdə tutulduqda – dayaqlararası boşluqda izolyasiya materialının yerləşdirilməsi.
- Karkasın digər tərəfindən KNAUF-gipslifli lövhələrin quraşdırılması və bərkidilməsi.
- KNAUF-gipslifli lövhələrin arasındakı tikiş yerlərinin və bütün səthin təmiz bəzək-tamamlama işləri üçün astarlanması, məcunlanması.
- Təmiz döşəmə qoyulduqdan sonra arakəsmənin dekorativ bəzək-tamamlama işləri.
Tövsiyələr
KNAUF-lövhələr dayaqların layihə addımına müvafiq olaraq, uzununa kənarı üzrə dayaq KNAUF-profilinə bərkidilməlidir. Karkas dirəklərinin addımına müvafiq sayda üzlük lövhələrinin bir-birinə və karkasın əks tərəfinə nisbətdə “sürüşdürmə” ilə yerləşdirilməsi həyata keçirilir.
Deformasiya tikişləri arakəsmələrdə sədd konstruksiyalarınının deformasiyaedici addımlarının icbari təkrarlanması ilə hər 8-10 m-dən bir (bundan çox olmamaqla) qurulur. Məcunlanmadan əvvəl KNAUF-lövhələrin kənarları KNAUF-Tiefengrund astarı ilə işlənir. KNAUF-lövhələrin tikiş yerlərinin və vintlərin bağlanmasından sonra yaranmış oyuqların məcunlanması KNAUF-Fugenfüller GL və ya KNAUF-Uniflot məcunları ilə yerinə yetirilir.
Yüksək rütubətli, suyun divarlara birbaşa təmas ehtimalının mövcud olduğu otaqlarda (vanna otaqları, duş kabinələri) arakəsmələrin konstruksiyalar və döşəmə əsası ilə birləşmə yerləri KNAUF-Flechendichtband tipli hidroizolyasiya lenti ilə germetikləşdirilir, səthi isə KNAUF-Flechendicht tipli hidroizolyasiya mastikası ilə işlənir.
D 366 qoşa metal karkasda iki qat KNAUF-lövhələrlə Arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat və tövsiyyələr üçün “Yükləmə” bölməsindəki 811 Məlumat vərəqinə və D 36 Məlumat vərəqinə bax.
- D 366 komplekt sistemi konkret inşaat tapşırığını – yüksəldilmiş möhkəmlik göstəricilərinə malik yüngül sədd konstruksiyasının yaradılmasını daha düzgün, keyfiyyətli və qənaətli şəkildə həll etməyə imkan verir.
- Tikinti konstruksiyalarının yanğın əleyhinə mühafizəsinin funksional səmərəliliyini alovun sıfır dərəcədə yayılması ilə birinci (ali) sinif səviyyəsində təmin edir.
- Arakəsmənin yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna edilir.
- Əmək məhsuldarlığı əhəmiyyətli dərəcədə artır.
- Binanın konstruksiyasının yüngülləşməsi hesabına tikinti məsrəflərində ümumi qənaətə nail olunur.
- Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
- Hazır arakəsmə tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malik olur.
- D 366 arakəsməsinin səthi istənilən bəzək-tamamlama işləri: rənglənmə, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama üçün yararlıdır.
- Otağın istilik və səsizolyasiya göstəriciləri yüksəlir.
- Otaqlarda yalnız ekoloji təmizlik deyil, həmçinin də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – KNAUF-gipslifli lövhə (GLL) “nəfəs almaq”, yəni izafi rütubəti udmaq və ətraf mühitdə rütubət çatışmadıqda yenidən “nəfəs verməklə” onu buxarlandırmaq xüsusiyyətinə malikdir.
- Yüksəldilmiş odadavamlılıq göstəricilərinə malikdir.
- İkiqat paylaşdırılmış karkas istənilən kommunikasiyaları gizlətməyə imkan verir.
östəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 50 kq-a qədər |
Arakəsmənin maksimal hündürlüyü | 6,0 m*-ə qədər |
Arakəsmənin qalınlığı | 220 mm-ə qədər və artıq |
Səs izolyasiya indeksi, Rw | 55 dB-ə qədər |
Odadavamlılıq həddi | EI 90 |
* Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi. | m² üçün miqdar |
1 | KNAUF-superlövhə (GLL,GLLN) 12,5mm | m2 | 4,1 |
2 | KNAUF-profili DU 50/40 (75/40, 100/40) | m | 1,4 |
3 | KNAUF-profili DC 50/50 (75/50, 100/50) | m | 4,0 |
4а | Şurup MN 30 | əd | 18 |
4b | Şurup MN 45 | əd | 29 |
5 | KNAUF-Fugen GL (Fugenfüller GL) məcunu | kq | 1,4 |
6 | Tikiş lenti | m | 2,0 |
7 | Dübel K 6/35 | əd | 3,2 |
8 | Kipləşdirici lent | m | 2,4 |
9 | KNAUF-Tiefengrund astar qarışığı | l | 0,2 |
10 | Mineralmahlıclı plitə | m2 | 1,0 |
11 | KNAUF-künc profili KP | əd | ** |
** sifarışçinin istəyinə əsasən.
[] mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.