close

Arakəsmələr

Gilan & Knauf

D 381

Bir qat metal karkas üzərində bir qat AKVAPANEL® Daxili lövhəsindən ibarət arakəsmə D 381. Knauf Komplekt Sistemi.

KNAUF D 381 komplekt sistemi - bir qat AKVAPANEL®Daxili lövhələri ilə iki tərəfdən üzlənmiş profil metal karkasdan ibarət arakəsmənin yaradılması üçün gərəkli olan materiallar dəstidir.

Konstruksiya yüksək nəmədavamlıq xassəsinə malikdir.

Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işlərin istehsalatı üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.

D 381 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.

Tətbiq sahəsi

Müxtəlif tipli sahələrdə (otaqlarda), o cümlədən nəm və yaş istsmar rejimli otaqlarda daxili mühafizəedici konstruksiya kimi tətbiq olunur.
Çox hündür olmayan, odadavamlılıq və səs izolyasiyası tələblərinin yüksək olmadığı sahələrdə istifadəsi daha məqsədəuyğundur.

Rütubətliliyin yüksək olduğu sahələrdə istifadə etmək tövsiyyə olunur:

 

  • özəl və ictimai sektorlarda hovuzətrafı zonalarda;
  • mətbəxlərdə və gündəlik nəm təmizlik işlərinin aparıldığı zonalarda;
  • duş kabinələrində;
  • yuyulma yerlərində;
  • camaşırxanalarda;
  • qaraj və zirzəmilərdə və s.


Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:

 

  • Arakəsmənin tavana, döşəməyə və daşıyıcı divarlara nəzərən layihə üzrə yerləşmə vəziyyətinin nişanlanması.
  • D 381 arakəsməsinin karkasının quraşdırılması.
  • Karkasın daxilində stasionar avadanlığın bərkidilməsi üçün, elektrik paylayıcı və özül detalların quraşdırılması.
  • Karkasın tərəflərindən birində üfüqi-yönəldilmiş AKVAPANEL®Daxili lövhələrinın quraşdırılması və bərkidilməsi.
  • Layihədə nəzərdə tutulmuşsa – dayaqlararası boşluqda izolyasiya materialının yerləşdirilməsi.
  • Karkasın digər tərəfindən AKVAPANEL®Daxili lövhələrinin quraşdırılması və bərkidilməsi.
  • Təmiz döşəmə qoyulduqdan sonra arakəsmənin dekorativ bəzək-tamamlama işləri.


AKVAPANEL®Daxili lövhəsindən Bir qat metal karkas üzərində bir qatlı Arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki 2301 Məlumat vərəqinə, eləcə də, M24.03/2007 Şifr Albomuna bax.

  • D 381 Bir qat metal karkas üzərində AKVAPANEL®Daxili lövhəsindən bir qatlı üzlüklü Arakəsmə — kərpic və beton konstruksiyalara ciddi alternativ, istənilən örtük, eləcə də, üzlük lövhələr üçün möhkəm əsasdır.
  • Dağılma və ovulmasız yüksək nəmədavamlılığa malikdir.
  • Arakəsmənin hazır səthinin qüsursuz keyfiyyəti.
  • Yüksək yanğın–texniki göstəriciləri.
  • Onun əsasında hazırlanan konstruksiyaların quraşdırılmasının asanlığı və tezliyi.
  • Səthlərin işlənməsində əmək tutumlu proseslər istisna edilir.
  • Quru inşaat texnologiyası uzunmüddətli qurumaya vaxt sərfiyyatını istisna edir.
  • Xüsusi alətdən istifadə tələb olunmur.
  • Tikinti işlərinə çəkilən xərclərin azalması.
GöstəriciləriÖlçüləri
Bir kvadrat metrinin çəkisi35 kq-a qədər
Arakəsmənin maksimal hündürlüyü6 m*-ə qədər
Arakəsmənin qalınlığı75 — 125 mm.
Səs izolyasiya indeksi, Rw48 dB.
Odadavamlılıq həddiEI 45.

* Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.

Komplekt sistemin tərkibi

Möv.AdıÖlçü vahidi.m² üçün miqdar
1AKVAPANEL® Daxilim2
2KNAUF-profili DU 50/40 (75/40, 100/40)m0,7 [1,3]
3KNAUF-profili DC 50/50 (75/50, 100/50)m2,0
4Şurup SN 25əd30
5Tikiş yapışdırıcısıml100
6Dübel K 6/35əd1,6
7Kipləşdirici lentm1,2
8Mineralmahlıclı plitəm21,0

[] mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün AKVAPANEL® Daxili lövhəsinin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.