D 382
Bir qat metal karkas üzərində iki qat AKVAPANEL® Daxili lövhəsindən ibarət arakəsmə. Knauf Komplekt Sistemi.
KNAUF D 382 komplekt sistemi - iki qat AKVAPANEL®Daxili lövhələri ilə iki tərəfdən üzlənmiş profil metal karkasdan ibarət arakəsmənin yaradılması üçün zəruri materiallar dəstidir.
Konstruksiya yüksək nəmədavamlıq xassəsinə malikdir.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işlərin istehsalatı üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.
D 382 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin ed
Tətbiq sahəsi
Rütubətliliyin yüksək olduğu sahələrdə (otaqlarda) istifadəsi tövsiyyə edilir:
- özəl və ictimai sektorlarda hovuzətrafı zonalarda;
- mətbəxlərdə və gündəlik nəm təmizlik işlərinin aparıldığı zonalarda;
- duş kabinələrində;
- yuyulma yerlərində;
- camaşırxanalarda;
- qaraj və zirzəmilərdə və s.
Quraşdırma prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:
- Arakəsmənin tavana, döşəməyə və daşıyıcı divarlara nəzərən layihə üzrə yerləşmə vəziyyətinin nişanlanması.
- D 382 arakəsməsinin karkasının quraşdırılması.
- Karkasın daxilində stasionar avadanlığın bərkidilməsi üçün, elektrik paylayıcı və özül detalların quraşdırılması.
- Karkasın tərəflərindən birində üfüqi-yönəldilmiş AKVAPANEL®Daxili lövhələrinin quraşdırılması və bərkidilməsi.
- Layihədə nəzərdə tutulmuşsa – dayaqlararası boşluqda izolyasiya materialının yerləşdirilməsi.
- Karkasın digər tərəfindən AKVAPANEL®Daxili lövhələrinin quraşdırılması və bərkidilməsi.
- Təmiz döşəmə qoyulduqdan sonra arakəsmənin dekorativ bəzək-tamamlama işləri.
Bir qat metal karkas üzərində iki qat AKVAPANEL®Daxili lövhəsindən Arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki 2301 Məlumat vərəqinə, eləcə də, M24.03/2007 Şifr Albomuna bax.
- D 382 Bir qat metal karkas üzərində AKVAPANEL®Daxili lövhəsindən iki qat üzlüklü Arakəsmə — kərpic və beton konstruksiyalara ciddi alternativ, istənilən örtük, eləcə də, üzlük lövhələr üçün möhkəm əsasdır.
- Dağılma və ovulmasız yüksək nəmədavamlılığa malikdir.
- Arakəsmənin hazır səthinin qüsursuz keyfiyyəti.
- Yüksək yanğın–texniki göstəriciləri.
- Əsasında hazırlanmış konstruksiyaların quraşdırılmasının asanlığı və tezliyi.
- Səthlərin işlənməsində əmək tutumlu proseslər istisna edilir.
- Quru inşaat texnologiyası uzunmüddətli qurumaya vaxt sərfiyyatını istisna edir.
- Xüsusi alətdən istifadə tələb olunmur.
- Tikinti işlərinə çəkilən xərclərin azalması.
- D 382 komplekt sistemi konkret inşaat tapşırığını – rütubətli və yaş istismar rejiminin mövcud olduğu sahələrdə yüngül sədd konstruksiyasının yaradılmasını daha düzgün, keyfiyyətli və səmərəli şəkildə həll etməyə imkan verir.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 67 kq-a qədər |
Arakəsmənin maksimal hündürlüyü | 7 m*-ə qədər |
Arakəsmənin qalınlığı | 100-150 mm. |
Səs izolyasiya indeksi, Rw | 53 dB. |
Odadavamlılıq həddi | EI 120. |
* Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi. | m² üçün miqdar |
1 | AKVAPANEL® Daxili | m | 4,0 |
2 | KNAUF-profili DU 50/40 (75/40, 100/40) | m | 0,7 |
3 | KNAUF-profili DC 50/50 (75/50, 100/50) | m | 2,0 |
4а | Şurup SN 25 | əd | 30 |
4б | Şurup SN 39 | əd | 30 |
5 | Tikiş yapışdırıcısı | ml | 200 |
6 | Dübel K 6/35 | əd | 1,6 |
7 | Kipləşdirici lent | m | 1,2 |
8 | Mineralmahlıclı plitə | m2 | 1,0 |