D 385.2
İki qat metal karkas üzərində hər tərəfdən iki qat AKVAPANEL® Daxili lövhəsindən ibarət arakəsmə D 385.2.
KNAUF D 385.2 komplekt sistemi iki qat AKVAPANEL®Daxili lövhələri ilə iki tərəfdən üzlənmiş qoşa profil metal karkasdan ibarət arakəsmənin yaradılması üçün gərəkli olan materiallar dəstidir.
Konstruksiya yüksək nəmədavamlıq xassəsinə malikdir.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin görülməsi üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.
D 385.2 komplekt sisteminin bütün elementləri müasir texnologiyalarla hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.
Tətbiq sahəsi
Müxtəlif tipli otaqlarda (məkanlarda) daxili sədd konstruksiyası kimi tətbiq edilir. Konstruksiya yüksək möhkəmlilik və odadavamlılıq keyfiyyətləri ilə yanaşı, su borularının, istilik və kanalizasiya kommunikasiyalarının gizli çəkilməsı, eləcə də, avadanlığın karkasın daxilində gizli quraşdırılması imkanını təmin edir.
Həm rekonstruksiya (yenidənqurma), həm də yeni inşaatda tətbiq olunur.
Səs izolyasiyasını yaxşılaşdırmaq üçün istifadə edilir.
Səthi sonrakı bəzək-tamamlama işləri, məsələn, lövhə ilə üzlənmə və ya rənglənmə üçün nəzərdə tutulub.
Yüksək rütubətli sahələrdə istifadəsi tövsiyyə olunur:
- özəl və ictimai sektorlarda hovuzətrafı zonalarında;
- mətbəxlər və gündəlik nəm təmizlik aparılan zonalarda;
- duş kabinələrində;
- yuyulma yerlərində;
- camaşırxanalarda;
- qaraj və zirzəmilərdə.
Quraşdırma prosesi prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:
- Arakəsmənin tavana, döşəməyə və daşıyıcı divarlara nəzərən layihə üzrə yerləşmə vəziyyətinin nişanlanması.
- D 385.2 arakəsməsinin karkasının quraşdırılması.
- Karkasın daxilində stasionar avadanlığın bərkidilməsi üçün, elektrik paylayıcı və özül detalların quraşdırılması.
- Karkasın tərəflərindən birində üfüqi-yönəldilmiş AKVAPANEL®Daxili lövhələrinin quraşdırılması və bərkidilməsi.
- Layihədə nəzərdə tutulmuşsa – dayaqlararası boşluqda izolyasiya materialının yerləşdirilməsi.
- Karkasın digər tərəfindən AKVAPANEL®Daxili lövhələrinin quraşdırılması və bərkidilməsi.
- Təmiz döşəmə qoyulduqdan sonra arakəsmənin dekorativ bəzək-tamamlama işləri üçün hazırlanması.
İki qat metal karkas üzərində hər tərəfdən iki qat AKVAPANEL®Daxili lövhəsindən arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki 2301 Məlumat vərəqinə, eləcə də, M24.03/2007 Şifr Albomuna bax.
- D 385.2 qoşa metal karkasda AKVAPANEL®Daxili lövhəsindən iki qat üzlüklü Arakəsmə — kərpic və beton konstruksiyalara ciddi alternativ, istənilən örtük, eləcə də, üzlük lövhələr üçün möhkəm əsasdır.
- Dağılma və ovulmasız yüksək nəmədavamlılığa malikdir.
- Arakəsmənin hazır səthinin qüsursuz keyfiyyəti.
- Yüksək yanğın–texniki göstəriciləri.
- Əsasında hazırlanmış konstruksiyaların quraşdırılmasının asanlığı və tezliyi.
- Səthlərin işlənməsində əmək tutumlu proseslər istisna edilir.
- Quru inşaat texnologiyası uzunmüddətli qurumaya vaxt sərfiyyatını istisna edir.
- Xüsusi alətdən istifadə tələb olunmur.
- Tikinti işlərinə çəkilən xərclərə qənaət olunur.
- D 385.2 komplekt sistemi konkret inşaat tapşırığını – rütubətli və yaş istismar rejiminin mövcud olduğu sahələrdə yüngül sədd konstruksiyasının yaradılmasını daha düzgün, keyfiyyətli və səmərəli şəkildə həll etməyə imkan verir.
Показатели Значения Максимальная высота перегородки до 7 м* Толщина перегородки 155-255 мм.