close

Arakəsmələr

Gilan & Knauf

D 386.2

İki qat aralı yerləşdirilmiş metal karkas üzərində iki qat AKVAPANEL® Daxili lövhəsindən ibarət arakəsmə D 386.2. Knauf Komplekt Sistemi.

KNAUF D 386.2 komplekt sistemi iki qat AKVAPANEL®Daxili lövhələri ilə hər iki tərəfdən üzlənmiş kommunikasiya üçün məkana malik iki qat profil metal karkasdan ibarət arakəsmənin yaradılması üçün gərəkli olan materiallar dəstidir.

Konstruksiya yüksək nəmədavamlıq xassəsinə malikdir.

Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin görülməsi üzrə tövsiyyələr, eləcə də, alət və avadanlıqlar daxildir.

D 386.2 komplekt sisteminin bütün elementləri müasir texnologiyalarla hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənib və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.

Tətbiq sahəsi

Daxili sədd konstruksiyası kimi müxtəlif tipli sahələrdə tətbiq edilir. Çox hündür olmayan, odadavamlılıq və səs izolyasiyası tələblərinin yüksək olmadığı sahələrdə istifadəsi daha məqsədəuyğundur.
Həm rekonstruksiya (yenidənqurma), həm də yeni tikinti işlərində tətbiq olunur.

Yüksək rütubətli sahələrdə istifadəsi tövsiyyə olunur, o cümlədən:

 

  • özəl və ictimai sektorlarda hovuzətrafı zonalarında;
  • mətbəxlər və gündəlik nəm təmizlik aparılan zonalarda;
  • duş kabinələrində;
  • yuyulma yerlərində;
  • camaşırxanalarda;
  • qaraj və zirzəmilərdə.


Konstruksiya yüksək möhkəmlilik və odadavamlılıq keyfiyyətləri ilə yanaşı, su borularının, istilik və kanalizasiya kommunikasiyalarının gizli (görünməz) çəkilmə, eləcə də, avadanlığın karkas daxilində gizli quraşdırılma imkanını təmin edir.
Səthi sonrakı bəzək-tamamlama işləri, məsələn, lövhə ilə üzlənmə və ya rənglənmə üçün nəzərdə tutulub.

Quraşdırma prosesi prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:

 

  • Arakəsmənin tavana, döşəməyə və daşıyıcı divarlara nəzərən layihə üzrə yerləşmə vəziyyətinin nişanlanması.
  • D 386.2 arakəsməsinin karkasının quraşdırılması.
  • Karkasın daxilində stasionar avadanlığın bərkidilməsi üçün, elektrik paylayıcı və özül detalların quraşdırılması.
  • Karkasın tərəflərindən birində üfüqi-yönəldilmiş AKVAPANEL®Daxili lövhələrinin quraşdırılması və bərkidilməsi.
  • Layihədə nəzərdə tutulmuşsa – dayaqlararası boşluqda izolyasiya materialının yerləşdirilməsi.
  • Karkasın digər tərəfindən AKVAPANEL®Daxili lövhələrin quraşdırılması və bərkidilməsi.
  • Təmiz döşəmə qoyulduqdan sonra arakəsmənin dekorativ bəzək-tamamlama işləri üçün hazırlanması.


İki qat aralı yerləşdirilmiş metal karkas üzərində iki qat AKVAPANEL®Daxili lövhəsindən arakəsmə komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki 2301 Məlumat vərəqinə, eləcə də, M24.03/2007 Şifr Albomuna bax.

  • D 386.2 aralı yerləşən qoşa metal karkasda AKVAPANEL®Daxili lövhəsindən iki qat üzlüklü Arakəsmə — kərpic və beton konstruksiyalara ciddi alternativ, istənilən örtük, o cümlədən üzlük lövhələr üçün möhkəm əsasdır.
  • Dağılma və ovulmasız yüksək nəmədavamlılığa malikdir.
  • Arakəsmənin hazır səthinin qüsursuz keyfiyyəti.
  • Yüksək yanğın–texniki göstəriciləri.
  • Əsasında hazırlanmış konstruksiyaların quraşdırılmasının asanlığı və tezliyi.
  • Səthlərin işlənməsində əmək tutumlu proseslər istisna edilir.
  • Quru inşaat texnologiyası uzunmüddətli qurumaya vaxt sərfiyyatını istisna edir.
  • Xüsusi alətdən istifadə tələb olunmur.
  • Tikinti işlərinə çəkilən xərclərin azalması.
  • D 386.2 komplekt sistemi konkret inşaat tapşırığını – rütubətli və yaş istismar rejiminin mövcud olduğu sahələrdə yüngül sədd konstruksiyasının yaradılmasını daha düzgün, keyfiyyətli və səmərəli şəkildə həll etməyə imkan verir.
GöstəriciləriÖlçüləri
Bir kvadrat metrinin çəkisi70 kq-a qədər
Arakəsmənin maksimal hündürlüyü7 m*-ə qədər
Arakəsmənin qalınlığı200 mm və artıq
Səs izolyasiya indeksi, Rw56 dB.
Odadavamlılıq həddiEI 120.

 

 

Komplekt sistemin tərkibi

 

Möv.AdıÖlçü vahidi.m² üçün miqdar
1AKVAPANEL® Daxilim4,1
2KNAUF-profili DU 50/40 (75/40, 100/40)m1,4
3KNAUF-profili DC 50/50 (75/50, 100/50)m4,0
Şurup SN 25əd35
4bŞurup SN 39əd30
5Tikiş yapışdırıcısıml200
6Dübel K 6/35əd3,2
7Kipləşdirici lentm2,4
8Mineralmahlıclı plitəm21,0

 

* Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.