D 683
TC profilərindən ibarət metal karkas üzərində bir və ya iki qat AKVAPANEL®Daxili plitələri ilə yığılmış üzlük D 683. Knauf komplekt sistemi.
KNAUF D 683 komplekt sistemi metal karkasda AKVAPANEL®Daxili lövhələri əsasında bir qat və ya iki qatlı divar üzlüklərinin yaradılması üçün zəruri olan materiallar komplektidir.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin istehsalatı üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.
D 683 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.
Tətbiq sahəsi
Nəmliyi yüksək olan müxtəlif tipli məkanlarda həm rekonstruksiya, həm də yeni inşaatda, daşıyıcı konstruksiyaların tamamlanma işlərinin görülməsi, eləcə də otağın nəmədavamlılığının yaxşılaşdirılması məqsədilə tətbiq olunur.
Uzunmüddətli rütubət rejimli məkanlarda istifadəsi tövsiyə olunur:
- özəl və ictimai sektorlardakı hovuzətrafı zonalarda;
- mətbəxlərdə və gündəlik nəm təmizlik işlərinin aparıldığı zonalarda;
- duş kabinələrində;
- yuyulma yerlərində;
- camaşırxanalarda;
- qaraj və zirzəmilərdə və s.
Üzlüyün səthi sonrakı dekorativ bəzək-tamamlama işlərini, misal üçün, plitə ilə üzləmə və ya boyamanı nəzərdə tutur.
Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:
- Üzlüyün tavana, döşəməyə və təməl divarlara nəzərən layihə vəziyyətinin nişanlanması.
- D 683 üzlüyünün karkasının quraşdırılması.
- Layihədə göstərilmiş elektrik və digər şəbəkələrin, eləcə də iri ölçülü asma avadanlığı üçün özül detalların quraşdırılması.
- Əgər layihədə nəzərdə tutulmuşsa, izoləedici materialın qurulması və bərkidilməsi.
- AKVAPANEL®Daxili plitə-lövhələrin quraşdırılması.
- İkiqatlı üz örtülərində növbəti qat AKVAPANEL®Daxili lövhələrin quraşdırılması hər qatda qovuşuq yerlərinin məcunlanması ilə aparılır.
- TU 31/31 dəlinmiş tin profillərinin qoyulması və onların məcunlanması.
- Təmiz döşəmə quraşdırıldıqdan sonra arakəsmənin dekorativ bəzək-tamamlama işləri.
AKVAPANEL®Daxili plitə-lövhəsindən metal karkasda TC profilindən bir qat və ya iki qatlı üzlük D 683 komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki 2301 Məlumat vərəqinə bax.
- D 683 komplekt sistemi konkret inşaat tapşırığını – rütubət və yaş istismar rejimli məkanlarda asma tavanın yaradılmasınə dha düzgün, keyfiyyətlə və səmərəli şəkildə həll etməyə imkan verir.
- Dağılma və ovulmasız yüksək nəmədavamlılığa malikdir.
- Hazır səthin qüsursuz keyfiyyəti.
- Yüksək yanğın–texniki göstəriciləri.
- Səthlərin işlənməsində əmək tutumlu proseslər istisna edilir.
- Quru tikintiaparma texnikası uzunmüddətli qurutmaya vaxt sərfiyyatını istisna edir.
- Xüsusi alətdən istifadə tələb olunmur.
- Əyilmiş (bükülmüş) konstruksiyaların tikilkməsi də mümkündür.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 20 kq-a qədər(1 qat), 35 kq-a qədər (2 qat) |
Üzlüyün maksimal qalınlığı | 45 mm-ə qədər (1 qat), 58 mm-ə qədər (2 qat) |
Üzləmənin maksimal hündürlüyü | 10 m*-ə qədər |
Möv. | Adı | Ölçü vahidi. | m² üçün miqdar | |
1 qat | 2 qat | |||
1 | AKVAPANEL® Daxili | m² | 1,0 | 2,0 |
2 | KNAUF-profili TC 60/27 | m | 2,0 (2,4) | 2,0 |
3 | KNAUF-profili TU 28/27 | əd | 0,7 | 0,7 |
4 | Birbaşa asqı 60/27 | əd | 0,7 | 0,7 |
5 | Kipləşdirici lent | əd | 0,8 | 0,8 |
6 | Dübel K 6/35 | əd | 1,6 | 1,6 |
7 | Şurup LN 9 | əd | 1,5 (2,7) | 1,5 |
8а | Şurup SN 25 | əd | 15 | 15 |
8б | Şurup SN 39 | əd | 15 | |
9 | Profil uzadıcısı 60/27 | əd | ||
10 | Tikişlər üçün yapışdırıcı | ml | 50 | 100 |
11 | Mineralmahlıclı plitə | m² | 1,0** | 1,0** |
** sifarışçinin istəyinə əsasən.
() mötərizədə verilmiş miqdarlar üzlüyün hündürlüyünün AKVAPANEL® Daxili plitələrinin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.