D 685
Daşıyıcı divardan qaralı yerləşdirilmiş metal karkas üzərində bir qat AKVAPANEL®Daxili plitələri əsasında divar üzlükləri D685. Knauf komplekt sistemi.
KNAUF D 685 komplekt sistemi daşıyıcı divardan qaralı yerləşdirilmiş metal karkas üzərində bir qat AKVAPANEL®Daxili plitələri əsasında divar üzlüklərinin yaradılması üçün zəruri olan materiallar komplektidir.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin istehsalatı üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.
D 685 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.
Tətbiq sahəsi
Rütubətliyi yüksək olan müxtəlif tipli məkanlarda həm rekonstruksiya, həm də yeni inşaatda, daşıyıcı konstruksiyaların tamamlanma işlərinin görülməsi, eləcə də otağın nəmədavamlılığının yaxşılaşdirılması məqsədilə tətbiq olunur.
İstifadəsi tövsiyə olunur:
- özəl və ictimai sektorlardakı hovuzətrafı zonalarda;
- mətbəxlərdə və gündəlik nəm təmizlik işlərinin aparıldığı zonalarda;
- duş kabinələrində;
- yuyulma yerlərində;
- camaşırxanalarda;
- qaraj və zirzəmilərdə və s.
Üzlüyün səthi sonrakı dekorativ bəzək-tamamlama işlərini, misal üçün, plitə ilə üzləmə və ya boyamanı nəzərdə tutur.
Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:
- Üzlüyün tavana, döşəməyə və təməl divarlara nəzərən layihə vəziyyətinin nişanlanması.
- D 685 üzlüyünün karkasının quraşdırılması.
- Layihədə göstərilmiş elektrik və digər şəbəkələrin, eləcə də iri ölçülü asma avadanlığı üçün özül detalların quraşdırılması.
- Əgər layihədə nəzərdə tutulmuşsa, izoləedici materialın qurulması və bərkidilməsi.
- AKVAPANEL®Daxili plitə-lövhələrin quraşdırılması.
- TU 31/31 dəlinmiş tin profillərinin qoyulması və onların məcunlanması.
- Gipskarton lövhələrin arasındakı tikişlərin, şurup yerlərinin bağlanması və təmiz bəzək-tamamlama işləri üçün astarlanması.
- Təmiz döşəmə quraşdırıldıqdan sonra üzlüklərin dekorativ bəzək-tamamlama işlərinin yerinə yetirilməsi.
AKVAPANEL®Daxili plitə-lövhələrindən daşıyıcı (baza) divardan çəkilmiş metal karkasda bir qat üzlük komplekt sisteminin quraşdırılması üzrə daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki 2301 Məlumat vərəqinə bax.
- D 685 komplekt sistemi konkret inşaat tapşırığını – rütubət və yaş istismar rejimli məkanlarda asma tavanın yaradılmasınə dha düzgün, keyfiyyətlə və səmərəli şəkildə həll etməyə imkan verir.
- Dağılma və ovulmasız yüksək nəmədavamlılığa malikdir.
- Hazır səthin qüsursuz keyfiyyəti.
- Yüksək yanğın–texniki göstəriciləri.
- Səthlərin işlənməsində əmək tutumlu proseslər istisna edilir.
- Quru tikintiaparma texnikası uzunmüddətli qurutmaya vaxt sərfiyyatını istisna edir.
- Xüsusi alətdən istifadə tələb olunmur.
- İnşaat işlərinin başagəlmə dəyərinin azalmas
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 20 kq-a qədər |
Üzləmənin maksimal hündürlüyü | 4,5 m*-ə qədər |
* Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi. | m² üçün miqdar |
1 | AKVAPANEL®Daxili plitələri | m² | 1,0 |
2 | KNAUF-profili DU 75/40 (100/40) | m | 0,7 (1,1) |
3 | KNAUF-profili DC 75/50, (100/50) | m | 2,0 |
4 | Şurup SN 25 | əd | 15 |
5 | Tikişlər üçün yapışdırıcı | ml | 50 |
6 | Dübel K 6/35 | əd | 1,6 |
7 | Mineralmahlıclı plitə | m² | 1,0 |