DÖ 131
Knauf-superdöşəmə - döşəmə elementlərindən ibarət yığma döşəmə əsası DÖ 131. Knauf komplekt sistemi.
DÖ 131 komplekt sistemi quru yığılma boşluqsuz hamar döşəmə özülünün yaradılması, eləcə də, döşəmənin özülünə istilik və səs-izolyasiya keyfiyyətlərinin verilməsi üçün zəruri olan xüsusi toplanmış materiallar komplektidir. Örtünün konstruksiyasından və özülün hamarlığından asılı olaraq 4 tip dartaq mövcuddur: “Alfa”, “Beta” (2 var), “Beta”, “Qamma” (2 var).
Sistemin fərqləndirici xüsusiyyətləri:
DÖ 131 qurulma döşəmə özülünün komplekt sistemi dartaq detallarının inşaat şəraitində quraşdırılmaya hazırlıq dərəcəsi ilə fərqlənir:
- dartaq gipslifli KNAUF-superlövhələr əsasında hazırlanan döşəmə elementlərindən (DE) quraşdırılır.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının həlli üçün zəruri olan texniki həllər, işlərin istehsalatı üzrə tövsiyələr, eləcə də alətlər daxildir.
Komplekt sistemin bütün elementləri müasir texnologiyalarla hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.
Tətbiq sahəsi
Aşağıdakı yaşayış və ictimai binalarda, eləcə də istehsalat binalarının ofis və köməkçi sahələrində qurulmaq üçün nəzərdə tutulub:
- örtülərin səs izolyasiyasına tələblərin qeyri-normalaşdırılmış olduğu;
- СНиП 23-03-2003 üzrə səs izolyasiyası tələblərin: hava küyü izolyasiyasının (Rw) indekslərinin 56 dB-dək və zərbə küyünün əldə olunan səviyyəsinin (Lnw) indeksləri 47 dB-dək olduğu;
- bəzək-tamamlama işləri aparılarkən “yaş” prosesləri istisna edən şəairtlərdə;
- tavanın səthinin hamarlaşdırılması və (və ya) döşəmənin səviyyəsinin qaldırılması, eləcə də texniki şəbəkələrin tavanlar üzrə quru üsulla gizlədilməsi üçün;
- tavanlara düşən ağırlığın azadılması zərurəti zamanı;
- bəzək-tamamlama işləri aparılarkən qısaldılmış müddət və aşağı temperatur (+5ºC-dək) şəraitində.
DÖ 131 qurulma döşəmə özülləri aşağıda göstərilən məkanlarda tətbiq olunur:
- aqressiv mühitin olmadığı;
- СНиП 2.03.13-88 üzrə mexaniki təsirin zəif və orta intensivli;
- СНиП 23-03-2003 üzrə quru, normal və nəm rütubət rejimli;
- konstruktiv sistem və tiplər, məsyliyyət səviyyələri, binaların odadavamlılıq və mərtəbəlilik dərəcələri, inşaatın iqlim və mühəndisi–geoloji şərtləri üzrə məhdudiyyətlərin olmadığı.
DÖ 131 döşəməsinin özülü həm beton, həm də taxta tavanlarda quraşdırıla bilər. DÖ 131 hazır səthi bütün növ döşəməüstü örtülərin, məsələn, parket, keramik və xalça plitələr, linoleum və s., döşənməsi üçün nəzərdə tutulmuşdur.
DÖ 131-in tətbiqinə hidroizolyasiyanın qurulması şərtilə rütubətliliyin yüksək olduğu sahələrdə də (vanna otaqları, duş kabinələri və s.) yol verilir.
DÖ 131 döşəmə özülü həm beton, həm də taxta tavanlarda quraşdırıla bilər.
İstifadə prosesi aşağıdakı iş mərhələlərini əhatə edir:
- Tavanların təmizlənməsi.
- Onun elementləri arasındakı qovuşuq yerlərinin və sədd və daşıyıcı konstruksiyalara birləşmə yerlərinin bağlanması.
- Tavanın səthinin hamarlanması.
- İnşaatın temperatur-rütubət şərtlərinə uyğunlaşması üçün sistem materiallarının quraşdırma zonasına çatdırılması.
- Sədd konstruksiyalarına geodezik səviyyənin çəkilməsi.
- Ayırıcı qatın qurulması.
- Döşəməin yığılma özülünün sahəsi boyu kənar lentinin çəkilməsi.
- Seçilmiş konstruktiv həlldən asılı olaraq döşəmənin özülünün quraşdırılması.
Konkret konstruksiya tipinə müvafiq olaraq işlərin tərkibi dartaq qurğusunun konstruktiv özəllikləri və xarakteri nəzərə alınmaqla texnoloji xəritə ilə müəyyənləşdirilir.
Tövsiyələr
- Yığma döşəmə özüllərinin qurulması zamanı istifadə olunan əsas və köməkçi material və məmulatların keyfiyyəti KNAUF firmasının komplektasiya (dəstlənmə) üzrə tövsiyələrinə uyğun gəlməli və uyğunluq, yanğın təhlükəsizliyi (zərurət olduqda) sertifikatları, eləcə də gigiyenik rəylərlə təsdiq olunmalıdır.
- Qurulmuş döşəmə özülünün qəbul edilməsinə keyfiyyət nəzarəti СНиП 3.04-01.87 tələblərinə müvafiq şəkildə aparılmalıdır.
- Səthin düzlüyü bütün istiqamətlərdə səviyyəölçən və 2 m uzunluqda olan nəzarət reykası ilə yoxlanılır (hər 50-70 m² səth üçün ən azi 5 ölçülmə).
- 100 mm-dən artıq olan düzləndirmədə yığma dartağa 10 mm əlavə qat KSLB qoyulması tövsiyə edilir (50 mm tökmə sonra KSLB qatı, daha sonra yenə 50 mm tökmə).
DÖ131 dartaq komplekt sisteminin tətbiqi üzrə daha ətraflı məlumat almaq üçün “Yükləmə” bölməsindəki OP 13 Məlumat vərəqinə bax.
- DÖ 131 komplekt sistemi konkret inşaat tapşırığını – hamar döşəmə özülünün yaradılmasını daha düzgün, keyfiyyətli və əlverişli şəkildə həll etməyə imkan verir.
- Bəzək-tamamlama işlərinin yerinə yetirilməsinə ayrılmış müddətin qısa olduğu və aşağı temperatur (+5ºC-dək) şəraitində əvəzedilməzdir.
- DÖ 131 qarmağından istifadə “yaş” quraşdırma proseslərini istisna edir.
- Asan quraşdırılan quru yığma konstruksiyasıdır.
- Əmək məhsuldarlığı xeyli artır.
- Binanın konstruksiyasının yüngülləşməsi hesabına inşaat xərclərinin azalmasına nail olunur.
- DÖ 131 döşəməsinin özülü həm beton, həm də taxta çatı-örtülərdə üzrə quraşdırıla bilər.
- Döşəmənin istilik və səs-izolyasiya keyfiyyətləri yüksəlir.
- Texniki, mühəndis kommunikasiyalarını gizlədilərək qurmaq mümkündür.
- Dartaöın səthi üzərində isidilən döşəmənin qurulması mümkündür.
- Binanın konstruksiyasının yüngülləşməsi hesabına inşaat məsrəflərinin azalmasına nail olunur.
Göstəriciləri | Ölçüləri |
Konstruksiyanın minimal qalınlığı | 35 mm |
Konstruksiyanın maksimal qalınlığı | 100 mm |
Sıxılmada sərtlik həddi | 10 MPa-dan az olmayaraq |
Dartağın istilik keçiriciliyi | 0,22 - 0,41 Vt/m²•dər |
Hava küyündən izolyasiya indeksinin artması | 2-4 dB-ə qədər |
Zərbə küyünün azalma indeksi | 18-22 dB-ə qədər |
Komplekt sistemin tərkibi
Möv. | Adı | Ölçü vahidi | m² üçün miqdar |
1 | Döşəmə elementi (DE) | m² | 1,0 |
2 | Yapışdırıcı mastika | kq | 0,05 |
3 | Polietilen örtük | m² | 1,15 |
4 | KNAUF-Fugen (Fugenfüller GL) məcunu | kq | 0,15 |
5 | Knauf-superlövhə üçün şurup | əd | 12 |
6 | Kənar leti | m | * |
7 | Quru tökmə "Kompevit"** | l | 15*** |
* məkanın perimetrindən asılıdır.
** sifarışçinin tələbinə uyğun.
*** qatının qalınlığı 15mm olan sahənin 1kv. metri üçün
Quru yığma döşəmənin əsas konstruksiyaları
«Alfa» (DÖ 131)
Hamar (hamarlanmış) özül üzərində quraşdırılan konstruksiya.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 25 kq-a qədər |
Hava küyündən izolyasiya indeksi Rw* | 51-54 dB |
Zərbə küyünün əldə olunan səviyyəsinin indeksi Lnw* | 63-59 dB |
«Beta» (DÖ 131)
Variant 1. Hamar (hamarlanmış) özüllərdə effektiv boşluq-lifli istilik/səsizolyasiya materiallarından ibarət olan altlıq üzərində quraşdırılan konstruksiya
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 28 kq-a qədər |
Hava küyündən izolyasiya indeksi Rw* | 52-56 dB |
Zərbə küyünün əldə olunan səviyyəsinin indeksi Lnw* | 59-47 dB |
Variant 2. Eyni ilə, effektiv süngər-boşluqlu istilik/səsizolyasiya materiallarından ibarət olan altlıq üzərində quraşdırılan konstruksiya.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 26 kq-a qədər |
Hava küyündən izolyasiya indeksi Rw* | 52-54 dB |
Zərbə küyünün əldə olunan səviyyəsinin indeksi Lnw* | 60-55 dB |
«Beta» (DÖ 131)
Düzləşdirici quru tökmə dartaq qatı üzərində konstruksiya.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 45 kq-a qədər |
Hava küyündən izolyasiya indeksi Rw* | 52-57 dB |
Zərbə küyünün əldə olunan səviyyəsinin indeksi Lnw* | 60-56 dB |
«Qamma» (DÖ 131)
Variant 1. Düzləşdirici tökmə qat, Knauf-superlövhədən (GLL) ibarət ara qatı və effektiv boşluq-lifli istilik/səsizolyasiya materiallarından ibarət kombinəedilmiş altlıq üzərində konstruksiya.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 60 kq-a qədər |
Hava küyündən izolyasiya indeksi Rw* | 53-56 dB |
Zərbə küyünün əldə olunan səviyyəsinin indeksi Lnw* | 56-47 dB |
Variant 2. Eyni ilə, düzləşdirici tökmə qat, Knauf-superlövhədən (GLL) ibarət ara qatı və effektiv köpüklü istilik/səsizolyasiya materiallarından ibarət kombinəedilmiş altlıq üzərində konstruksiya.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi | 57 kq-a qədər |
Hava küyündən izolyasiya indeksi Rw* | 52-56 dB |
Zərbə küyünün əldə olunan səviyyəsinin indeksi Lnw* | 58-49 dB |
* Səsizolyasiya xassələri 140-200mm qalınlıqlı bütov plitələr üçün verilmişdir.