close

Tavanlar

Gilan & Knauf

T 113

Bİrsəviyyəli metal karkas üzərində KNAUF-lövhələrdən ibarət asma tavan T 113. KNAUF komplekt sistemi.

KNAUF T 113 komplekt sistemi birsəviyyəli metal karkasda asma tavanın yaradılması üçün zəruri olan xüsusi yığılmış materialların tam dəstindən ibarətdir. Tavanın hazır konstruksiyası binanın konstruktiv (daşıyıcı) elementi deyildir.

Tavanın əsas inşaat elementləri:
 

  • KNAUF- gipskarton lövhə;
  • tavan TC 60/27 və istiqamətləndirici TU 28/27 metal KNAUF-profillər.
  • Komplekt sistemin tam tərkibi və tavanın 1 kvadratmetri üçün materialların tələb olunan miqdarı ilə bağlı “Texniki göstəricilər” bölməsinə bax.

    Bu sistemin fərqləndirici xüsusiyyətləri: asqılardan istifadə etməklə birbaşa daşıyıcı (baza) tavana bərkidilən asma tavan karkasının əsas profilləri və KNAUF-lövhələrin bərkidildiyi daşıyıcı profillər eyni bir səviyyədə yerləşir.

    Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün zəruri olan texniki həllər, işin istehsalatı üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.

    T 113 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir və komplekt sistemin tərkibində funksional olaraq istiqamətlənib, uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlılığını təmin edir.

Tətbiq sahəsi

Müxtəlif təyinatlı sahələrdə həm yenidənqurma (rekonstruksiya), həm də yeni tikintilərdə aşağıdakı məqsədlərlə istifadə olunur:

 

 

  • bəzək-tamamlama işləri;
  • konstruktiv-planlama məsələlərinin həlli;
  • daşıyıcı tavanların əyriliklərinin aradan qaldırılması;
  • mühəndis kommunikasiyalarının gizli yerləşdirilməsi;
  • daşıyıcı tavanların səsizolyasiya (səsudma) keyfiyyətinin artırılması;
  • akustika;
  • daşıyıcı tavanlar və üzləmələrin odadavamlılığının artırılması.
  • Quraşdırma prosesi

    Quraşdırma (montaj) prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:
  •  
  •  
  • asma tavan karkasının layihə üzrə yerləşməsinin nişanlanması;
  • karkasın yığıılması və bərkidilməsi;
  • KNAUF-lövhələrin (GKL) layihə üzrə yerləşdirilməsi və karkasa bərkidilməsi;
  • KNAUF-lövhələr arasındakı tikişlərin bağlanması və lazım gələrsə bütün asma tavanın üzərinin məcunla örtülməsi;
  • asma tavanın üzərinin rənglənmədən və dekorativ örtükdən əvvəl astarlanması.
  • Tövsiyələr

    Asma tavanın quraşdırılması üzrə işlər layihənin və KNAUF texniki vərəqlərinin tələblərinə ciddi şəkildə müvafiq olaraq, quru və normal rütubətlik rejimlərində (СНиП 2-3-79*) və +15°C temperaturundan aşağı olmamaq şərtilə aparılmalıdır. Tavanların quraşdırılmasına tamamlama işləri dövründə, otaqda nəmliyi xeyli artıra bilən “yaş” proseslər bitdikdən sonra başlanmalıdır.

    Yüksək rütubətlik şəraitində (sanitar qovşaqlar (vanna otağı, tualet), mətbəxlər) nəmədavamlı KNAUF-lövhələrdən (GKLN) istifadə etmək tövsiyə olunur.

    Tavan karkasının daxilində elektrik naqilləri elə yerləşməlidir ki, onların gipskarton lövhələrin bərkidilməsi zamanı karkasın iti ucları və ya şuruplarla zədələnmə ehtimalı olmasın.

    T 113 asma tavanlarının rənglənməsini su-dispersiyalı boyalarla yerinə yetirmək tövsiyə edilir. Əhəngli boyalar və maye-şüşəli boyaların çəkilməsi yolverilməzdir.

    KNAUF-lövhələrdən birsəviyyəli metal karkasda T 113 tipli asma tavan komplekt sisteminin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki T 11 məlumat vərəqinə və T 11 Texniki vərəqinə bax.

 

  • T 113 komplekt sistemi konkret inşaat tapşırığını – asma tavanın yaradılmasını daha düzgün, keyfiyyətli və qənaətli şəkildə həll etməyə imkan verir.
  • Asma tavanın yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna edilir.
  • Əmək məhsuldarlığı xeyli artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına tikintiyə çəkilən xərclərdə ümumi qənaətə nail olunur.
  • Tavanların ideya baxımından qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır tavan tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malik olur.
  • T 113 asma tavanların səthləri hər cür bəzək-tamamlama işləri üçün yararlıdır: rənglənmə, divar kağızları yapışdırma, dekorativ suvaqlama.
  • Otaqların istilik və səs-izolyasiya (səssaxlama) keyfiyyətləri yüksəlir.
  • Otaqlarda yalnız ekoloji təmizlik deyil, həmçinin də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – KNAUF-lövhə “nəfəs almaq”, yəni izafi olduqda rütubəti udmaq və ətraf mühitdə nəmlik çatışmadıqda onu yenidən “geri qaytarmaq” xüsusiyyətinə malikdir.
GöstəriciləriÖlçüləri
Tavanın bir kvadrat metrinin çəkisi13 kq-a qədər
Karkasın daşıyıcı tavana birləşmə nöqtələri arasında maksimal məsafə1000 mm
Daşıyıcı profillərin oxları arasında maksimal məsafə500 mm
Əsas profillərin oxları arasında maksimal məsafə1200 mm
Divar ilə kənar əsas profilin oxu arasında məsafə1200 mm

Komlekt sistemin tərkibi

MövqeAdıÖlçü vahidim² üçün miqdar
1KNAUF-lövhə (GKL,GKLN, GKLO)1,0
2KNAUF-profili TC 60/27m2,9
3KNAUF-profili TU 28/27m*
4Profil uzadıcısı 60/27əd0,2
5Birsəviyyəli birləşdirici 60/27əd1,7
6aYaylı asqı 60/27əd0,7
6bAsqı teliəd0,7
  və ya əvəzinə 
6cBirbaşa asqı 60/27əd0,7
6dŞurup LN 9əd1,4
7Şurup TN 25əd23,0
8Anker elementiəd0,7
9Dübel K 6/35əd**
10Tikiş lentim1,2
11KNAUF-Fugen (Fugenfüller) məcunukq0,4
12KNAUF-Tiefengrund astar qarışığıl0,1

* miqdarı məkanın perimetrinə uyğundur.

** miqdarı sifarışçi tərəfindən 1 m TU 28/27 profili üçün 2 dübel hesabı ilə təyin olunur.