close

Üzləmələr

Gilan & Knauf

D 625

Daşıyıcı divardan aralı yerləşdirilmiş metal karkas üzərində bir qat Knauf-lövhədən ibarət üzlük D 625. Knauf komplekt sistemi.

KNAUF D 625 komplekt sistemi daşıyıcı divardan aralı yerləşdirilmiş metal karkasda KNAUF-lövhələrdən bir qat divar üzlüklərinin yaradılması üçün zəruri olan materiallar dəstidir.

Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin istehsalatı üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.

D 625 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.
 

Tətbiq sahəsi

Bütün kateqoriyadan olan (A, B və C) quru və normal rütubət rejimli yaşayış, mülki və sənaye binalarında, həm rekonstruksiya, həm də yeni inşaatda aşağıdakı məqsədlərlə istifadə olunur:

  • kərpic və betondan olan daşıyıcı konstruksiyaların bəzək-tamamlama işləri;
  • tavanlardakı əyriliklərin aradan qaldırılması;
  • mühəndis kommunikasiyalarının gizlədilməklə quraşdırılması;
  • sədd konstruksiyalarının səs izolyasiyasının artırılması;
  • sədd konstruksiyalarının istilik izolyasiyasının artırılması;
  • sədd konstruksiyalarının odadavamlılığının yüksəldilməsi (divarlar və üz örtüsünün odadavamlılıq həddinin və yanğın təhlükəsi sinfinin müvafiq yanğın–texniki göstərcilərlə nizamlandığı hallarda).

Üzlüyün səthi sonrakı dekorativ bəzək-tamamlamanı, məsələn, boyama, divar kağızları ilə üzləmə və s. nəzərdə tutur.

Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:

 

  • Üzlüyün tavanda, döşəmədə və əsas divarlarda layihə vəziyyətinin nişanlanması.
  • D 625 üzlüyünün karkasının quraşdırılması.
  • Layihədə verilmiş elektrik və digər şəbəkələrin, eləcə də iri asma avadanlığa qoşma detalların quraşdırılması.
  • Əgər layihədə nəzərdə tutulmuşsa, izoləedici materialın yerləşdirilməsi və bərkidilməsi.
  • Şaquli-istiqamətləndirilmiş KNAUF-gipskarton lövhələrin (GKL) qurulması.
  • Gipskarton lövhələr arasındakı tikişlərin, şurup yerlərinin bağlanması və dekorativ bəzək-tamamlama işlərinin yerinə yetirilməsi üçün astarlanması.
  • Təmiz döşəmə qurulduqdan sonra üzlüyün dekorativ bəzək-tamamlama işlərinin yerinə yetirilməsi.


Tövsiyələr

Yüksək rütubətlik şəraitində (sanitar qovşaqlar, mətbəxlər, vanna otaqları) metal karkasla birlikdə KNAUF-gipskarton nəmədavamlı lövhələrdən (GKLN) istifadə etmək tövsiyə olunur, bu zaman nəzərə alınmalıdır ki, suyun birbaşa divarlara düşdüyü yerlərdə (vanna otaqları) lövhələrin səthini KNAUF-Flexendixt hidroizolyasiyası ilə örtmək lazımdır. Fasiləsiz üzlüklərdə 10-15 m intervalı ilə deformasiya tikişlərinin qurulmasını nəzərdə tutmaq lazımdır.

D 625 daşıyıcı  divardan aralı yerləşdirilmiş metal karkas üzərində olan KNAUF-lövhələrdən bir qat üzləmə komplekt sisteminin tətbiqinə dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 61 Məlumat vərəqinə və D 61 Texniki vərəqinə bax.

  • D 625 komplekt sistemi konkret inşaat tapşırığını – divarların üzlənməsini daha düzgün, keyfiyyətli və əlverişli şəkildə həll etməyə imkan verir.
  • Üzlüyün yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna olunur.
  • Əmək məhsuldarlığı xeyli artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına inşaat xərclərinin ümumi azalmasına nail olunur.
  • Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır səth tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malikdir.
  • Üzlüyün səthi hər cür bəzək-tamamlama işləri üçün yararlıdır: boyama, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama.
  • Məkanların istilik və səs izolyasiyası keyfiyyətləri yüksəlir.
  • Məkanda təkcə ekoloji təmizlik deyil, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – KNAUF-gipskarton lövhə nəfəs almaq, yəni, artıq nəmi özünə çəkmək və rütubətlik aşağı endikdə onu ətraf mühitə buraxmaq xüsusiyyətinə malikdir.