close

Üzləmələr

Gilan & Knauf

D 665

Daşıyıcı divardan aralı yerləşdirilmiş metal karkas üzərində bir qat gipslifli Knauf-superlövhədən ibarət üzlük D 665. Knauf komplekt sistemi.

KNAUF D 665 komplekt sistemi ddaşıyıcı divardan aralı yerlə.dirilmiş metal karkasd üzərində gipslifli KNAUF-superlövhələrdən (GLL) bir qat divar üzlüklərinin yaradılması üçün zəruri olan materiallar komplektidir.

Konstruksiya həmçinin, nəmədavamlı KNAUF-superlövhələrdən istifadə etməklə də yerinə yetirilə bilər.

Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin istehsalatı üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.

D 665 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.
 

Tətbiq sahəsi

Yaşayış, ictimai və istehsalat binalarında həm rekonstruksiya, həm də yeni inşaat zamanı aşağıdakı sahələrdə istifadə üçün nəzərdə tutulmuşdur:

  • KO (45) konstruksiyalarının yanğın təhlükəsi sinfində odadavamlılıq hədləri üzrə normativ tələblər müəyyənedicidir;
  • təxliyə yollarında (vestibüllər, pilləkənlər, lift holları) və daşıyıcı konstruksiyaların oddan müdafiəsi üçün Q1, B1, D1, T1-dən artıq yanğın təhlükəsi olan materialların tətbiqinə yol verilmir:
  • divarların səs və istiliksaxlama (izolyasiya) qabiliyyətinin yüksəldilməsi tələb olunur:
  • təmir–bərpa (restavrasiya) işləri aparılır.


Bu məqsədlərlə tətbiq olunur:

 

  • kərpic və betondan olan daşıyıcı konstruksiyaların bəzək-tamamlama işləri;
  • tavanlardakı əyriliklərin aradan qaldırılması;

mühəndis kommunikasiyalarının gizlədilməklə quraşdırılması.
D 665 üzlüyü həmçinin, yanğın əleyhinə maneə qismində konstruktiv elementlər kimi istifadə oluna bilər. Onun tətbiqi inşaatın: konstruktiv sistem və tipləri, məsuliyyət səviyyələri, odadavamlılıq dərəcələri və funksional yanğın təhlükəsi sinfləri, binanın mərtəbələrinin sayı, eləcə də iqlim və mühəndisi–geoloji şərtləri ilə məhdudlaşmır.
Yüksəldilmiş davamlılıq, eləcə də istilik və səsudma (izolyasiya) göstəriciləri olan üzlük daşıyıcı (baza) divara bərkidilmə çətin olduqda işə yarayır.
Üzlüyün səthi sonrakı dekorativ bəzək-tamamlamanı (məsələn, boyama, divar kağızları ilə üzləmə və s.) nəzərdə tutur.

Quraşdırma (montaj) prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:

 

  • Metal karkasın qurulması: layihə vəziyyətinin nişanlanması; istiqamətləndirici KNAUF-profillərin quraşdırılması; dayaq KNAUF-profillərin quraşdırılması.
  • Mühəndis kommunikasiyalarının çəkilməsi və səs-istilik izolyasiya qatının qurulması.
  • Üzlüyün karkasının haşiyə-kübələnməsi: üzlüyün divar və tavanın səthi ilə birləşmə yerlərinə ayırıcı lentin yapışdırılması; gipslifli KNAUF-superlövhələrlə haşiyə-kübələnmə; çatılma-qovuşuq yerlərinin və vint oyuqlarının məcunlanması. Çoxqatlı haşiyə-kübələnmələrdə gipslifli KNAUF-superlövhələrin növbəti qatlarının quraşdırılması hər qatda qovuşuq yerlərinin sonrakı məcunlanması ilə aparılır.
  • Səthin təmiz bəzək-tamamlama işləri üçün hazırlanması: ayırıcı lentin artıqlarının kəsilməsi: zərurət olduqda - məcunlanmış səthin cilalanması.


Tövsiyələr

Məcunlanmadan əvvəl gipslifli KNAUF-superlövhələrin (GLL) kənarları KNAUF-Tifenqrud astarlığı ilə işlənir. KNAUF-superlövhələrin tikiş yerlərinin və vintlərin bağlanmasından sonra yaranmış oyuqların məcunlanması KNAUF-Fugenfüller GL və ya KNAUF-Uniflot məcunları ilə aparılır.
Xarici üzlənmənin haşiyə-kübələri (qovuşma yerləri) əvvəlcədən çəkilmiş məcun qatına batırmaqla qoyulan armaturlaşdırıcı kağız lentlə (sərpingə - yeri seyrək pambıq parça) gücləndirilir.
Yüksək rütubətli, suyun divarlara birbaşa təmas imkanının olduğu məkanlarda (vanna otaqları, duş kabinələri) üzlüklərin sədd konstruksiyaları və döşəmənin binövrə-əsası ilə birləşmə yerləri KNAUF-Flexendixtband tipli hidroizolyasiya lenti ilə hermetikləşdirilir, səthi isə KNAUF-Flexendixt tipli hidroizolyasiya mastikası ilə işlənir.

D 665 daşıyıcı  divardan çəkilmiş metal karkasda gipslifli KNAUF-superlövhələrdən (GLL) bir qat üzləmə üzrə komplekt sistemin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 66 Məlumat vərəqinə və D 66 Texniki vərəqinə bax

  • D 665 komplekt sistemi konkret inşaat tapşırığını – divarların üzlənməsini daha düzgün, keyfiyyətli və əlverişli şəkildə həll etməyə imkan verir.
  • Üzlüyün yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna olunur.
  • Əmək məhsuldarlığı xeyli artır.
  • Binanın konstruksiyasının yüngülləşməsi hesabına inşaat xərclərinin ümumi azalmasına nail olunur.
  • Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
  • Hazır səth tamamlanmış (işlənmiş) səthlərin yüksək keyfiyyət səviyyəsinə malikdir.
  • Üzlüyün səthi hər cür bəzək-tamamlama işləri üçün yararlıdır: boyama, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama.
  • Məkanların istilik və səs izolyasiyası keyfiyyətləri yüksəlir.
  • Məkanda təkcə ekoloji təmizlik deyil, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – gipslifli KNAUF-superlövhə (GLL) “nəfəs almaq”, yəni, artıq nəmi özünə çəkmək və rütubət az olduqda onu ətraf mühitə “qaytarmaq” xassəsinə malikdir.
  • D 665 təməl divara bərkidilmiş metal karkasda gipslifli KNAUF-superlövhələrdən bir qat və ya iki qatlı üzlük əmək tutumlu təmir proseslərini və suvaq örtülərinin dəyişdirilməsini istisna etməyə imkan verir.
  • Səs və istilik izolyasiyası materialları ilə doldurulma üçün konstruksiyanın hava aralıqlarından istifadə edilməsi.
  • Karkasın boşluluqlarına texniki şəbəkə-torların çəkilməsi imkanı.
  • Divarların səthinə maraqlı-orijinal (əyrixətli) formaların verilməsi imkanı.
GöstəriciləriÖlçüləri
Bir kvadrat metrinin çəkisi18 kq-a qədər
Üzlüyün maksimal hündürlüyü4 m*-ə qədər

* sifarışçinin istəyinə əsasən.

Möv.AdıÖlçü vahidi.m² üçün miqdar
1KNAUF-superlövhə (GLL,GLLN) 12,5mm1,0
2KNAUF-profili DU 75/40 (100/40)m0,7(1,1)
3KNAUF-profili DC 75/50, (100/50)m2,0
4Şurup MN 30əd14(17)
5KNAUF-Fugen GL (Fugenfüller GL) məcunukq0,3 (0,45)
6Tikiş lentim0,75(1,1)
7Dübel K 6/35əd1,6
8Kipləşdirici lentm1,2
9KNAUF-Tiefengrund astar qarışığıl0,1
10Mineralmahlıclı plitə1,0*
11KNAUF-künc profili KPəd*

* sifarışçinin istəyinə əsasən.
() mötərizədə verilmiş miqdarlar arakəsmənin hündürlüyünün gipslifli lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.