D 666
Daşıyıcı divardan aralı yerləşdirilmiş metal karkas üzərində iki qat gipslifli KNAUF-superlövhələrdən(GLL) ibarət divar üzlükləri D 666. Knauf komplekt sistemi.
KNAUF D 666 komplekt sistemi daşıyıcı divardan aralı yerləşdirilmiş metal karkas üzərində gipslifli KNAUF-superlövhələrdən (GLL) iki qatlı divar üzlüklərinin yaradılması üçün zəruri olan materiallar komplektidir.
Konstruksiya həmçinin, nəmədavamlı KNAUF-superlövhələrdən istifadə etməklə də yerinə yetirilə bilər.
Əsas elementlərdən başqa komplekt sistemə konkret inşaat tapşırığının yerinə yetirilməsi üçün texniki həllər, işin istehsalatı üzrə tövsiyələr, eləcə də alət və avadanlıqlar daxildir.
D 666 komplekt sisteminin bütün elementləri müasir texnologiyalar üzrə hazırlanır, ciddi keyfiyyət nəzarətindən keçir, funksional olaraq istiqamətlənmişdir və komplekt sistemin tərkibində uzunmüddətli istismar prosesində bütün konstruksiyanın etibarlığını təmin edir.
Bir qat üzlüklə müqayisədə daha yüksək davamlılıq göstəricilərinə və yaxşı səsudmaya malikdir.
Tətbiq sahəsi
Yaşayış, ictimai və istehsalat binalarında həm rekonstruksiya, həm də yeni inşaatda, eləcə də məkanların səs və istilik izolyasiyasının yaxşılaıdırılması üçün, bir çox hallarda təməl divara bərkidilmə çətin olduğu zaman istifadə olunur:
kərpic və betondan olan daşıyıcı konstruksiyaların bəzək-tamamlama işləri;
tavanlardakı əyriliklərin aradan qaldırılması;
mühəndis kommunikasiyalarının gizlədilərək quraşdırılması.
Üzlüyün səthi sonrakı dekorativ bəzək-tamamlama işlərini, məsələn, boyama, divar kağızları ilə üzləmə və s.-ni nəzərə tutur.
Quraşdırma prosesi aşağıdakı iş mərhələlərindən ibarətdir:
Metal karkasın qurulması: layihə vəziyyətinin nişanlanması; istiqamətləndirici KNAUF-profillərin quraşdırılması; dayaq KNAUF-profillərin quraşdırılması.
Mühəndis kommunikasiyalarının çəkilməsi və səs–istilik izolyasiya qatının qurulması.
Üzlüyün karkasının haşiyə-kübələnməsi: üzlüyün divar və tavanın səthi ilə birləşmə yerlərinə ayırıcı lentin yapışdırılması; gipslifli KNAUF-superlövhələrlə haşiyə-kübələnmə; çatılma-qovuşuq yerlərinin və vint oyuqlarının məcunlanması. Çoxqatlı haşiyə-kübələnmələrdə gipslifli KNAUF-superlövhələrin növbəti qatlarının quraşdırılması hər qatda qovuşuq yerlərinin sonrakı məcunlanması ilə aparılır.
Səthin təmiz bəzək-tamamlama işləri üçün hazırlanması: ayırıcı lentin artıqlarının kəsilməsi: zərurət olduqda - məcunlanmış səthin cilalanması.
Tövsiyələr
Məcunlanmadan əvvəl gipslifli KNAUF-superlövhələrin (GLL) kənarları KNAUF-Tifenqrud astarı ilə işlənir. KNAUF-superlövhələrin tikiş yerlərinin və vintlərin bağlanmasından sonra yaranmış oyuqların məcunlanması KNAUF-Fugenfüller GL və ya KNAUF-Uniflot məcunları ilə aparılır.
Xarici üzlənmənin haşiyə-kübələri (qovuşma yerləri) əvvəlcədən çəkilmiş məcun qatına batırmaqla qoyulan armaturlaşdırıcı kağız lentlə (sərpingə - yeri seyrək pambıq parça) gücləndirilir.
Yüksək rütubətli, suyun divarlara birbaşa təmas imkanının olduğu məkanlarda (vanna otaqları, duş kabinələri) üzlüklərin sədd konstruksiyaları və döşəmənin binövrə-əsası ilə birləşmə yerləri KNAUF-Flexendixtband tipli hidroizolyasiya lenti ilə hermetikləşdirilir, səthi isə KNAUF-Flexendixt tipli hidroizolyasiya mastikası ilə işlənir.
D 666 daşıyıcı (baza) divardan çəkilmiş metal karkasda gipslifli KNAUF-superlövhələrdən (GLL) iki qat üzləmə komplekt sisteminin quraşdırılmasına dair daha ətraflı məlumat üçün “Yükləmə” bölməsindəki D 66 Məlumat vərəqinə və D 66 Texniki vərəqinə bax.
- D 666 komplekt sistemi konkret inşaat tapşırığını – divarların üzlənməsini daha düzgün, keyfiyyətli və əlverişli şəkildə həll etməyə imkan verir.
- Üzlüyün yaradılması prosesində əlverişsiz “yaş” proseslər istisna olunur.
- Əmək məhsuldarlığı xeyli artır.
- Binanın konstruksiyasının yüngülləşməsi hesabına inşaat xərclərinin ümumi azalmasına nail olunur.
- Təxəyyül baxımdan qeyri-məhdud, çoxvariantlı memarlıq həllərini həyata keçirmək üçün imkan yaranır.
- Hazır səth tamamlanmış səthlərin yüksək keyfiyyət səviyyəsinə malikdir.
- Üzlüyün səthi hər cür bəzək-tamamlama işləri üçün yararlıdır: boyama, divar kağızlarının yapışdırılması, dekorativ suvaqlama.
- Məkanların istilik və səs izolyasiyası keyfiyyətləri yüksəlir.
- Məkanda təkcə ekoloji təmizlik deyil, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur. Belə ki, komplekt sistemin əsas materialı – gipslifli KNAUF-superlövhə (GLL) “nəfəs almaq”, yəni, artıq nəmi özünə çəkmək və rütubət az olduqda onu ətraf mühitə xaric etmək xassəsinə malikdir.
- Əmək tutumlu təmir proseslərini və suvaq örtülərinin dəyişdirilməsini istisna etməyə imkan verir.
- Səs və istilik izolyasiyası materialları ilə doldurulma üçün konstruksiyanın hava aralıqlarından istifadə edilməsi.
- Karkasın boşluluqlarına texniki şəbəkə-torların çəkilməsi imkanı.
- Divarların səthinə maraqlı-orijinal (əyrixətli) formaların verilməsi imkanı.
Göstəriciləri | Ölçüləri |
Bir kvadrat metrinin çəkisi, 1 qat | 34 kq-a qədər |
Üzlüyün maksimal hündürlüyü | 4, 25 m*-ə qədər |
* Karkas profillərinin ölçü tipi və dayaqlarının addımından asılıdır.
Möv. | Adı | Ölçü vahidi. | m² üçün miqdar |
1 | KNAUF-superlövhə (GLL,GLLN) 12,5mm | m² | 2,0 |
2 | KNAUF-profili DU 50/40 (75/40, 100/40) | m | 0,7 |
3 | KNAUF-profili DC 50/50 (75/50, 100/50) | m | 2,0 |
4а | Şurup MN 30 | əd | 6 (7) |
46 | Şurup MN 45 | əd | 14 (15) |
5 | KNAUF-Fugen GL (Fugenfüller GL) məcunu | kq | 0,5 (0,75) |
6 | Tikiş lenti | m | 0,75 (1,1) |
7 | Dübel K 6/35 | əd | 1,6 |
8 | Kipləşdirici lent | m | 1,2 |
9 | KNAUF-Tiefengrund astar qarışığı | l | 0,1 |
10 | Mineralmahlıclı plitə | m² | 1,0* |
11 | KNAUF-künc profili KP | əd | * |
** sifarışçinin istəyinə əsasən.
() mötərizədə verilmiş miqdarlar üzlüyün hündürlüyünün lövhənin uzunluğundan artıq olduğu hallar üçün nəzərdə tutulmuşdur.